Logo

BANM tələbələrinin istehsalat təcrübəsi keçirəcəyi müəssisələr müəyyənləşdirilib

09.04.2025 13:42 118 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi və İnformasiya təhlükəsizliyi ixtisasları üzrə bakalavr tələbələrinin istehsalat təcrübəsi keçirəcəyi müəssisələr müəyyənləşdirilib.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, təcrübə proqramları tələbələrə nəzəri biliklərini praktikada tətbiq etməyə, peşə bacarıqlarını inkişaf etdirməyə və müasir sənaye texnologiyaları ilə tanış olmağa imkan yaradacaq. Eləcə də tələbələrin peşəkar mühitdə əməkdaşlıq etmələrini və gələcək karyeralarına doğru irəliləmələrini dəstəkləyir. Bu təcrübə uğurlu mühəndislər və mütəxəssislər yetişdirmək məqsədini daşıyır.

İnformasiya təhlükəsizliyi ixtisası üzrə təcrübə keçiriləcək müəssisələr:

∙ Socar Gənc İstedadlar Proqramı

∙ “MPAY” QSC

∙ “Yelo Bank” ASC

∙ “Hypertech” MMC

∙ “Caspian İnnovation Center”

∙ “R.İ.S.K elmi-istehsalat Şirkəti” QSC

∙ “Kapital Bank” ASC

∙ “Azerbaijan Cybersecurity Center”

∙ “DRL” MMC

∙ İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

∙ “AzInTelecom” MMC

∙ “ABB” Bank ASC

∙ “Cybernetics” MMC

Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təcrübə keçiriləcək müəssisələr:

∙ SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutu

∙ “Bank Respublika” ASC

∙ “VABISS” MMC

∙ “NSPSolutions” MMC

∙ “Paşa Sığorta” ASC

∙ “Simple Co.” MMC

∙ “ATENAU” Ltd.

∙ “Prodata” MMC

∙ “Salyan Oil LTD”

∙ “GPS Solutions” MMC

∙ “Clopos” MMC

Xəbər lenti