Logo

BDU-da “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

10.04.2025 15:36 93 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən infosessiya keçirilib.

BDU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, infosessiyada ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Camal Nağıyev və üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Bayram Orucov iştirak ediblər.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov “Yüksəliş” müsabiqəsi barəsində məlumat verib. Bildirib ki, “Yüksəliş” müsabiqəsi ölkəmizdə kadr bankının təmin edilməsində əhəmiyyətli rol oynayır. BDU məzunlarının müsabiqədə fəal iştirakı ilbəil artır.

Çıxış edən qaliblər uğur hekayələrini bölüşərək, komanda işinin və planlı yanaşmanın əhəmiyyətindən danışıb, “Yüksəliş” müsabiqəsinin mərhələləri, seçim tələbləri barədə tələbələri məlumatlandırıblar. Qeyd olunub ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər. Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2024-cü il dekabrın 18-də Sərəncam imzalanıb.

Görüşün sonunda “Yüksəliş” müsabiqəsində iştirak üçün qeydiyyat prosesi izah olunub, tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti