Logo

V Beynəlxalq Türk Dünyası Mühəndislik və Təbiət Elmləri Konqresi keçiriləcək

10.04.2025 15:21 135 baxış
IMG

ATİAHİ Respublika Komitəsinin üzv olduğu Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqı Birliyinin təşkilatçılığı ilə 4–7 dekabr 2025-ci il tarixlərində Türkiyənin Antalya şəhərində V Beynəlxalq Türk Dünyası Mühəndislik və Təbiət Elmləri Konqresi keçiriləcək.

TƏHSİL.BİZ xəbər verir ki, konqresin əsas məqsədi türk dünyasında mühəndislik və təbiət elmləri sahəsində əməkdaşlığı gücləndirmək, birgə akademik fəaliyyətə zəmin yaratmaq və elmi bilik istehsalını təşviq etməkdir.

Mühəndislik və təbiət elmləri sahəsində fəaliyyət göstərən bütün alim və tədqiqatçılarımız Konqresdə iştirak edə bilərlər.

Əsas məlumatlar:

- ATİAHİ-yə üzv olduğunuzu qeyd etməklə iştirak haqqı ödəmədən qeydiyyatdan keçə bilərsiniz.

- Tezisləri təsdiqlənmiş və Konqresdə iştirak etmək üçün 4–7 dekabr tarixlərində Antalyaya səfər edəcək müəlliflərin otel xərcləri Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqı Birliyi tərəfindən qarşılanacaqdır.

- Tezisləri təsdiqlənmiş, amma Antalyaya səfər edə bilməyən müəlliflər Konqresdə onlayn formada iştirak edə bilərlər.

- Tezisləri təsdiqlənmiş bütün müəlliflərə iştirakçı sertifikatları təqdim olunacaqdır.

Ətraflı məlumat üçün: http://teskongre.sistemi.biz.tr/dil.aspx

Qeydiyyat üçün: https://teskongre.org/fm2025/

 


 

Xəbər lenti