Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Bakı Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində növbəti əmək yarmarkası keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə 29 şirkət iştirak edib. Yarmarkaya 473 məzun və işaxtaran qatılıb.
Bu yarmarka işaxtaranlarla işəgötürənləri bir araya gətirərək əmək bazarında yeni imkanlar yaradıb. İştirakçılar birbaşa ünsiyyət qurmaq, iş imkanları ilə tanışlıq və işlə təmin olunmaq şansı əldə ediblər.
Gənclərin məşğulluğuna dəstək olmaq və əmək bazarının aktivliyini təmin etmək məqsədilə bu cür tədbirlər gələcəkdə də davam etdiriləcək.