Logo

ADAU-da yeni dərs vəsaitlərinin təqdimatı olub

08.04.2025 17:06 176 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnformasiya texnologiyaları kafedrasının əməkdaşları tərəfindən nəşr olunan 7 yeni kitabın təqdimatı keçirilib.

TƏHSİL.BİZ-in bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təqdim olunan “Heyvandarlıqda rəqəmsal texnologiyalar”, “Müasir proqramlaşdırma texnologiyaları”, “Müasir informasiya sistemlərinin idarə edilməsi”, “HTML”, “Rabitə nəzəriyyəsi”, “İnformasiya texnologiyalarının əsasları” “PowerPoint 2019” və “Veb sistemləri və texnologiyaları” adlı dərs vəsaitləri həm professor-müəllim heyəti, həm də tələbələrin istifadəsi üçün nəzərdə tutulub.

Tədbirdə çıxış edən universitetin rektoru Zəfər Qurbanov təqdim olunan dərs vəsaitlərinin xüsusilə informasiya texnologiyaları sahəsində təhsil alan tələbələr üçün qiymətli mənbə olduğunu bildirərək müəlliflərə uğurlar arzulayıb.

Digər çıxış edənlər də vəsaitlərin həm nəzəri, həm də praktiki biliklərə daha da dərindən yiyələnmək istəyənlər üçün zəngin mənbə olduğunu diqqətə çatdırıblar.

Xəbər lenti