Logo

Azərbaycan və Moldova arasında əqli mülkiyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

10.04.2025 17:06 123 baxış
IMG

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ölkəmizdə səfərdə olan Moldovanın Əqli Mülkiyyət üzrə Dövlət Agentliyinin Baş direktoru Eugeniu Rusu ilə görüşüb.

TƏHSİL.BİZ xəbər verir ki, Kamran İmanov Azərbaycanın əqli mülkiyyət sistemi, ölkəmizdə həyata keçirilən institusional islahatlar çərçivəsində Əqli Mülkiyyət Agentliyinin yaradılması, onun fəaliyyəti və tabeliyində olan qurumlar barədə ətraflı məlumat verib.

Görüşdə Eugeniu Rusu Moldovada əqli mülkiyyət sahəsində aparılan işlərdən danışıb, Azərbaycan təcrübəsinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

Tərəflər əqli mülkiyyət sahəsində iki ölkə arasında əməkdaşlığın perspektivləri, birgə tədbirlərin təşkil olunması və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Sonra qonağa Kamran İmanovun müəllifi olduğu əqli mülkiyyətin idarəçiliyi sahəsində Azərbaycan təcrübəsinə dair, habelə müasir dövrdə əqli mülkiyyətin aktual problemləri, o cümlədən müəlliflik hüququnun müxtəlif aspektlərinə həsr olunmuş kitabları hədiyyə olunub.

Xəbər lenti