Logo

III BANM Biznes Forumu çərçivəsində Startap müsabiqəsinə start verilib

11.04.2025 11:50 65 baxış
IMG

Bakı Ali Neft Məktəbi (BANM) və “BERC&Partners”in birgə təşəbbüsü ilə III BANM Biznes Forumu çərçivəsində Startap müsabiqəsinə start verilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, bu müsabiqə perspektivli startaplara lazımi dəstək göstərməklə onları uğurlu biznesə çevirmək məqsədi daşıyır.

 Müsabiqədə iştirak şərtləri: 

  • Müsabiqədə hazırda #Azərbaycan universitetlərində təhsil alan bütün tələbələr iştirak edə bilər;
  • Startap layihəsi kommersiyalaşdırma potensialı olan innovativ ideya və texnologiyalar əsasında qurulmalıdır;
  • Startaplar istənilən sahəni əhatə edə bilər, lakin əsas diqqət innovativliyə yönəlməlidir;
  • Digər müsabiqələrdə qalib gələn və ya inkubasiya-akselerasiya proqramlarında iştirak edən startaplar müsabiqəyə qəbul edilmir. 

  Təqdim olunmalı məlumatlar:

  • Startapın adı və komanda üzvləri haqqında məlumat;
  • Startapın həll etməyi hədəflədiyi əsas problem;
  • Problemin həlli üçün təklif olunan innovativ metod;
  • Biznes plan haqqında qısa icmal;
  • 6 dəqiqəlik video təqdimat.

 Qiymətləndirmə meyarları:

  • İdeya və ya texnologiyanın innovativliyi və unikallığı;
  • Potensial bazar və böyümə imkanı;
  • Təklif olunan biznes modelin reallaşdırılması və davamlılığı;
  • Ölçüləbilən göstəricilərə əsaslanması;
  • Təqdimatının aydınlığı və effektivliyi;
  • Kommersiyalaşdırma potensialı.

Startap komandalarının 2-4 nəfərdən ibarət olması iştirakçılara üstünlük qazandıracaq.

Qiymətləndirmə nəticəsində münsiflər tərəfindən seçilən startapların növbəti mərhələlərə keçidi və inkişafı üçün müvafiq mükafatlar təqdim olunacaq:

 I Yer:   BERC İnkubasiya və Akselerasiya Mərkəzinin 5.000 Azn-lik xidmət paketi.

II Yer:  BERC İnkubasiya və Akselerasiya Mərkəzinin 3.000 Azn-lik xidmət paketi.

III Yer: BERC İnkubasiya və Akselerasiya Mərkəzinin 2.000 Azn-lik xidmət paketi.

Qeyd edək ki, layihələrin AI təməlli olması üstünlükdür. Perspektivli startaplar investorlara çıxış imkanı qazana bilər.

Müsabiqəyə son müraciət tarixi: 25.04.2025

Müraciət linki: https://banm.berc.az/startup/

 


 

Xəbər lenti