Logo

““Scopus” bazasında məqalələrin nəşri” mövzusunda elmi-praktik seminar keçirilib

11.04.2025 16:07 118 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ““Scopus” bazasında məqalələrin nəşri” mövzusunda elmi-praktik seminar keçirilib. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, seminarda universitetin elm və innovasiya məsələləri üzr prorektoru Nigar Aslanova, Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə, TEC-in sədri Günel İmamquliyeva, professor-müəllim heyəti, doktorantlar və tədqiqatçılar iştirak ediblər. 

Elmi-tədqiqat şöbəsinin təşkilatçılığı ilə reallaşan seminarda  beynəlxalq elmi nəşrlərdə məqalələrin dərc olunması istiqamətində vacib məlumatlar paylaşılıb.

Eyni zamanda Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində elmi araşdırmaların aktuallığı və onların beynəlxalq reytinqlərə təsiri müzakirə edilib.

Təqdimat zamanı vurğulanıb ki, BMT-nin 2030-cu ilədək olan Dayanıqlı İnkişaf Gündəliyində müəyyən olunmuş 17 məqsəd və 169 hədəf elmi cəmiyyətin diqqətindədir. Bu məqsədlərə uyğunlaşdırılmış tədqiqatlar, həm elmi dəyər baxımından, həm də “Scopus” kimi beynəlxalq verilənlər bazasında tanınması baxımından üstünlük təşkil edir. Məqalələrdə bu məqsədlərin aydın şəkildə qeyd olunması və açar sözlərin düzgün seçilməsi onların DİM statusu almasına imkan yaradılması haqqında müzakirələr aparılıb.

Seminarda multidisiplinar və interdisiplinar tədqiqatların fərqləri, beynəlxalq əməkdaşlıq imkanları, eləcə də süni intellekt əsaslı platformalar – “Scopus AI”, “Connected Papers”, “ResearchRabbit” kimi alətlərin tədqiqatçılar üçün necə effektiv vasitəyə çevrildiyi geniş izah olunub.

Sonda iştirakçılara elmi məqalənin strukturu və yazı qaydaları haqqında praktiki tövsiyələr verilib. 

Bildirək ki, seminarın əsas məqsədi tədqiqatçıları beynəlxalq səviyyədə rəqabətqabiliyyətli elmi işlərə təşviq etmək və AzMİU-nun beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmləndirilməsinə töhfə vermək olub.

 

 

 

 


 

Xəbər lenti