Logo

Yeni elmi müəssisələr necə qurulacaq? – Nazir açıqladı

09.04.2025 15:21 156 baxış
IMG

“Azərbaycanın elmi qurumlarının bir qismi uzun illər ərzində ənənəsi olan elmi qurumlardır. O cümlədən elmin özü də inkişaf edir və müxtəlif yeni sahələrə ehtiyac var. Biz onları qoruyub saxlamaqla fəaliyyətini layihə əsaslı aparmağı planlaşdırırıq”.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yeni yaradılacaq 2 qurumun daha çox layihə əsaslı, tədqiqat layihələrinə əsaslanan və multidisiplinar, yəni bir neçə sahəni özündə birləşdirən və müxtəlif sahələrin birgə tədqiqatına əsaslanan institutlar kimi qurulması planlaşdırılır.

Xəbər lenti