Logo

“Ali təhsil haqqında” qanunda dəyişiklik ediləcək

10.04.2025 14:34 161 baxış
IMG

“Ali təhsil haqqında” qanunda dəyişiklik ediləcək.

Bunu TƏHSİL.BİZ müsahibəsində Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov deyib.

O bildirib ki, bu barədə danışmaq hələ tezdir. Milli təhsil konsepsiyasına dəymədən bəzi sahələrdə dünyanın mütərəqqi təcrübəsinə müraciət ediləcək:

"Dünyanın inkişaf etmiş ölkələrinin təhsil sahəsində inkişafını, dinamikliyi Azərbaycan təhsil sisteminə gətirməyi nəzərdə tuturuq. “Ali təhsil haqqında” qanun Azərbaycan gənclərinin təhsildə uğur qazanmasına xidmət edəcək. Burada qadağalar yox, inkişaf olacaq, dövrün tələbi əksini tapacaq. Ümumiyyətlə, müasir təhsilin tələbləri başqadır və hazırladığımız qanunlarda məhz bunu nəzərə almağa çalışırıq. Təhsil ehtiyaca görə müəyyənləşməlidir. “Hər kəs ali təhsil almalıdır!”, - deyə bir qayda yoxdur".


 

Xəbər lenti