Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva Özbəkistanın Mamun Universitetinin fəxri professoru adına layiq görülüb. Rektora bu barədə universitetin fəxri diplomu təqdim olunub.
Bu barədə TƏHSİL.BİZ-ə Azərbaycan Universitetindən məlumat verilib. Bildirilib ki, Mamun Universitetinin Elmi şurasının müvafiq qərarı Səadət Əliyevanın universitetdə tədris prosesinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, peşəkar heyətin hazırlanması istiqamətində səyləri və təhsil sisteminin inkişafına verdiyi töhfələri nəzərə alaraq, həmçinin onun elm və təhsil sahəsində əldə etdiyi uğurlara əsasən qəbul edilib.
Qərarı Mamun Universitetinin rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Sardorbek Sharifzoda imzalayıb.