Logo

Peşə məktəblərinə işə qəbulun növbəti mərhələsinə start verilir

11.04.2025 11:42 126 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyi tabeliyində olan peşə təhsili müəssisələrinə direktor və direktor müavini vəzifələrinə mərkəzləşdirilmiş işə qəbul prosesi davam edir. Müsabiqənin növbəti – müsahibə mərhələsinə start verilir.

Agentlikdən TƏHSİL.BİZ -ə bildirilib ki, əvvəlki mərhələdə 917 namizəd arasından tələblərə uyğun olan 561 nəfər test imtahanında iştirak edib. Onlardan  561 namizəd 15 mart tarixində Bakı şəhərində keçirilən test imtahanlarında iştirak edib. 561 namizəd arasından hər vakant yer üzrə ən yüksək nəticə göstərmiş 5-i müsahibəyə dəvət olunacaq. Müsahibələr Bakı şəhərində keçiriləcək və namizədlərə dəvət həm şəxsi kabinetləri, həm də telefon vasitəsilə çatdırılacaq.

Müsahibə zamanı namizədlərin peşəkar səriştələri, idarəetmə bacarıqları və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsinə dəvət edilən namizədlər tələb olunan tarix və saatda şəxsiyyət vəsiqələrini, CV və motivasiya məktublarını müsabiqə komissiyasına təqdim etməlidirlər.

Müsahibə zamanı namizədin müraciətində və sənədlərində saxtakarlıq halı müşahidə olunduqda, müsahibəyə təyin olunan vaxtda gəlmədikdə və ya qoşulmadıqda, üzrlü səbəb olmadan müsahibəni tərk etdikdə, üzrlü səbəbdən müsahibədə iştirak edə bilməyəcəyi təqdirdə təyin edilmiş müsahibə tarixinə azı 1 (bir) iş günü qalmış Peşə Təhsili üzrə Dövlət Agentliyinin çağrı mərkəzinə bu barədə məlumat vermədikdə və ya namizəd 2-ci dəfə onun üçün təyin olunmuş vaxtda müsahibədə iştirak edə bilmədikdə onunla keçiriləcək müsahibə ləğv oluna bilər.

Qeyd edək ki, bu müsabiqə çərçivəsində ölkə üzrə 11 direktor və 53 direktor müavini vəzifəsi üzrə vakant yerlər elan olunub.


 

Xəbər lenti