“Məktəbdə...” layihəsinin növbəti görüşü aprelin 16-da paytaxtdakı İlyas Əfəndiyev adına Elitar gimnaziyada keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Xalq artisti, Dövlət mükafatı laureatı Alim Qasımov olacaq.
Təhsil İdarəsindən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, asudə vaxtın düzgün təşkil olunması, musiqi zövqünün formalaşdırılması, incəsənət bacarıqlarının inkişafı, müəllim-şagird münasibətləri və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.