Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən qənnadıçı, şirniyyatçı və zərgər peşə ixtisasları üzrə “bp Azərbaycan” şirkətinin dəstəyi ilə “Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində nəzəri imtahan keçirilib.
Bu barədə TƏHSİL.BİZ -ə Agentlikdən məlumat verilib. Qənnadıçı, şirniyyatçı və zərgər peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində nəzəri imtahanda uğur qazanan namizədlərə peşə ixtisasları üzrə müvafiq sənəd təqdim ediləcək.
Layihənin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.