Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin rus bölməsində təhsil alan tələbələr fakültənin dekan müavini dos. Bəsti Əsədovanın rəhbərliyi ilə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Universitetinin Bakı filialında açıq qapı günündə magistratura pilləsinə qəbulla bağlı infosessiyada iştirak ediblər.
ADPU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, universitetin professoru Natalya Valerevna tələbələri universitetin fəaliyyəti, struktur heyəti ilə tanış edib, onlara təhsilin bütün pillələri və eləcə də magistratura pilləsinə qəbulla bağlı maarifləndirici məlumatlar verib.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.