Aprelin 20-si saat 11:00-da “Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin Ümumi biliklər imtahanı üzrə sınaq imtahanı keçiriləcək.
TƏHSİL.BİZ xəbər verir ki, imtahana giriş saat 10:00-dan 10:50-dək aktiv olacaq.
Belə ki, sınaq imtahanında Azərbaycan və dünya ölkələri ilə bağlı tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin idarəetmənin əsasları, müasir trendlər üzrə 4 blok və hər bloka aid 25 sual təqdim olunacaq.
Bu mərhələ onlayn şəkildə baş tutacaq. İnternet bağlantısı olan kompüterlə (notbukla) istənilən məkandan imtahana qatıla bilərsiniz. Qeyd edək ki, imtahana smartfon və planşetlər vasitəsilə daxil olmaq mümkün deyil.
İştirakçılar imtahanla bağlı qaydalarla şəxsi elektron kabinetlərinə göndəriləcək təlimatda daha ətraflı tanış ola bilərlər.