Logo

BMU-da Çin universiteti ilə əməkdaşlıq çərçivəsində keçirilən təlim başa çatıb

14.04.2025 12:30 78 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin müəllim və tələbələri üçün Çin Xalq Respublikasının Ningxia Politexnik Universiteti ilə əməkdaşlıq çərçivəsində keçirilən “Data analitikası” adlı təlim proqramı başa çatıb.

BMU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, Çin mütəxəssislərinin təqdimatında ingilis dilində təşkil olunan onlayn təlim proqramında iştirakçıların qlobal təhsil və data analitikası sahəsində bacarıqları inkişaf etdirilib. Təlimdə, həmçinin statistik metodlar, məlumatların vizuallaşdırılması və müasir analitik alətlər üzrə dərin biliklər, eləcə də praktiki təcrübə əldə olunub.

BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı Vaqif Qasımov beynəlxalq təhsil əməkdaşlığının əhəmiyyətini vurğulayaraq, gələcəkdə də birgə təşəbbüslərlə transformasiyaedici təlim imkanlarının genişləndiriləcəyini bildirib.

Sonra təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.

Xəbər lenti