Logo

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinal mərhələsinin nəticələri açıqlandı

14.04.2025 14:41 120 baxış
IMG

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin II mövsümünün yarımfinal mərhələsinin nəticələri elan olunub.

Bu barədə TƏHSİL.BİZ -ə Azərbaycan Dövlət Pedaqoji Universitetindən məlumat verilib.

Bu mərhələdə iştirakçılar “İnformasiya ilə iş”, “Məntiqi təfəkkür”, “İdarəetmə bacarıqları” və “Mətn üzərində verbal təhlil” blokları üzrə ümumilikdə 100 test tapşırığını cavablandırıblar.

Ümumi nəticələrə əsasən yarımfinalda iştirak edən 231 tələbədən 98-i finala keçmək hüququ əldə edib. Yarımfinal üzrə ən yüksək nəticə göstərən iştirakçı mümkün 100 baldan 79-nu toplayıb. Mərhələ üzrə minimal keçid balı isə 60 bal olub.

 

Xəbər lenti