SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb.
Bu barədə TƏHSİL.BİZ -ə ali məktəbdən məlumat verilib.
İmzalanma mərasimində çıxış edən BANM-in rektoru Elmar Qasımov 4SİM ilə daha sıx əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsini hədəflədiklərini vurğulayıb.
4SİM-in icraçı direktoru Fariz Cəfərov qurumun rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirdiyi və nəzərdə tutulan fəaliyyətləri barədə, o cümlədən universitetlərlə birgə elm və Sənaye 4.0 klasterinin formalaşdırılması sahəsində əməkdaşlıq haqqında məlumat verib.
Beynəlxalq ekspert İlbey Karakurt “Süni intellekt və robototexnika” mövzusunda təqdimatla tələbələr qarşısında çıxış edib.
Tədbirin sonunda ekspertlər İlbey Karakurt, Elbəy Rüstəmzadə və Əsgər Məmmədlinin iştirakı ilə “4-cü sənaye inqilabı texnologiyaları” mövzusunda panel müzakirəsi keçirilib.