Logo

Pedaqoji Universitetə qəbul olunan tələbələrin bal göstəriciləri artıb

08.04.2025 12:43 183 baxış
IMG

Müəllimlərin işə qəbulu üçün imtahan keçirilir və imtahanda uğur qazanan şəxslər məlum olur. Azərbaycan qanunvericiliyində insanın cinsinə görə işə qəbul etmək kimi bir mexanizm mövcud deyil.

TƏHSİL.BİZ xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir son illərdə müəllim ixtisası üzrə qəbul olan tələbələrin bal göstəricilərinin artmasına diqqət çəkib. O bildirib ki, 10 il əvvəl ibtidai sinif müəllimliyinə qəbul olunanların sayı çox az idi, ancaq bu rəqəm indi xeyli artıb: “Pedaqoji Universitetin tələbələrinin bal göstəricilərindəki artım bunun açıq göstəricisidir. Mən inanıram ki, bu artım davam edəcək və bu proses təbii olaraq öz yolunu tapacaq. Dünyanın bir çox ölkələrində olduğu kimi, bu sahədə qadın müəllimlərin sayı kişilərdən daha çoxdur”.

Xəbər lenti