Logo

ADPU və Beynəlxalq Final Universiteti arasında akademik əməkdaşlıq qurulur

03.04.2025 08:29 149 baxış
IMG

Aprelin 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Beynəlxalq Final Universitetinin (BFU) nümayəndə heyəti ilə görüş keçirilib.

ADPU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə Beynəlxalq Final Universitetinin rektoru professor Orxan Gemikonaklı, icraçı direktor Bülənd Daşəl, beynəlxalq əlaqələr üzrə koordinator və Multikultural yay məktəbi departamentinin direktoru Orxan Həsənoğlu, ADPU tərəfindən isə universitetin rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak ediblər.

Tərəflər universitetlərarası akademik əlaqələrin inkişaf perspektivləri, ortaq elmi tədqiqatların aparılması, təhsil proqramlarının inteqrasiyası və müəllim-tələbə mobilliyi kimi əsas mexanizmlərin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Görüşün sonunda ADPU və Beynəlxalq Final Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Xəbər lenti