SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Climasel” komandası “Bizdən biznesə” startap müsabiqəsinin qalibi olub. BANM-in kimya mühəndisliyi ixtisasının III kurs tələbələri Xəyalə Miriyeva və Fatimə Nəsirova növbəti uğura imza atıblar.
Bu barədə TƏHSİL.BİZ -ə BANM-dən məlumat verilib. Qaliblərə “AccessBank” tərəfindən 25 min manat dəyərində mükafat təqdim edilib. Bu mükafat qalib komandanın biznes planını həyata keçirməsi üçün dəstək olacaq.
Müsabiqə Azərbaycanda biznesə daim innovativ və əlçatan maliyyə həlləri təqdim edən “AccessBank” və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil olunur.
Müsabiqəyə 500-dən artıq müraciət daxil olub və münsiflər heyəti tərəfindən seçilib.