Logo

Şəmkirdə güclü külək məktəbin dam örtüyünü aşırıb

07.04.2025 08:18 88 baxış
IMG

Bu gün günorta saatlarında baş verən güclü külək nəticəsində Şəmkir rayonunun Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbinin dam örtüyü aşıb.

TƏHSİL.BİZ  xəbər verir ki, yaranmış vəziyyəti nəzərə alaraq sabahdan etibarən məktəbin şagirdləri müvəqqəti olaraq təhsillərini qonşuluqda yerləşən Vüqar Alırzayev adına İrmaşlı kənd tam orta məktəbində davam etdirəcəklər.

Qeyd edək ki, Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbi 2000-ci ildə kənd sakinləri tərəfindən inşa olunaraq istifadəyə verilib. Məktəb 372 şagird üçün nəzərdə tutulub. Hazırda burada 750 şagird təhsil alır. Təhsil ocağı 34 sinif komplekti və 24 sinif otağı ilə fəaliyyət göstərir, dərslər iki növbəli təşkil olunub.

Xəbər lenti