Təhsilin İnkişafı Fondunun “Neqsol Holding” ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramının iştirakçılarının ingilis dili biliklərini artırmaq üçün “BRIDGE Academy” tərəfindən xüsusi təlimlər təşkil olunur.
TƏHSİL.BİZ xəbər verir ki, iştirakçılar ingilis dili səviyyələrinə uyğun qruplara bölünür və ingilis dili, eləcə də IELTS hazırlıq kurslarına qoşulurlar. Bu təlimlər onların akademik və peşəkar mühitdə ingilis dilində ünsiyyət bacarıqlarını inkişaf etdirməyə yönəlib.