Logo

Naxçıvanda bağçalara müdir vəzifəsinə işə qəbul üçün müsahibə keçiriləcək

07.04.2025 12:22 103 baxış
IMG

Elm və Təhsil Nazirliyi ilə birgə ölkə üzrə mərkəzləşmiş qaydalar çərçivəsində aparılmış müsabiqənin aprelin 16-da Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul üçün müsahibə mərhələsi keçiriləcək. 

TƏHSİL.BİZ  xəbər verir ki, müsahibə mərhələsində məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir vəzifəsinə Elm və Təhsil Nazirliyi ilə birgə ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq  işə qəbul üçün keçirilən  test imtahanında uğur qazanan 8 namizədin iştirakı nəzərdə tutulur.   

 Qeyd edək ki, müsahibə mərhələsində  namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallartəqdim olunacaq. 

Bildirilib ki, STEAM Təlim- Tədris Mərkəzində keçiriləcək müsahibənin vaxtı  barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.  

 


 

Xəbər lenti