Martın 2-də keçirilmiş buraxılış imtahanlarının nəticələri həftəsonu açıqlanacaq.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov elektron imtahanlar korpusu ilə tanış olmaq üçün təşkil edilmiş mediaturda deyib.
O bildirib ki, imtahan materiallarının emalı və nəticələrin vaxtında ictimaiyyətə təqdim olunması ilə bağlı DİM tərəfindən fasiləsiz iş aparılır.