Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında rəqs və şeir müsabiqəsinə yekun vurulub.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nəzdində Sosial İqtisad Kollecdən TƏHSİL.BİZ -ə bildirilib ki, tələbələrdən bank işi ixtisasında təhsil alan Ümid Orucov və mühasibat uçotu ixtisasında təhsil alan Arzu Cavadova rəqs nominasiyası (duet) üzrə I yerə layiq görülüblər.