Logo

MDU rektoru şəhid məzunların ailələrini ziyarət edib

17.04.2025 10:09 165 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov və bir qrup əməkdaş 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn universitetin məzunları Əzəmi Hüseynov, Kənan Abdullayev və Oruc Nəcəflinin ailələrini ziyarət edib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüş zamanı şəhid məzunlar haqqında xatirələrdən danışılıb. Onların vətənpərvərliyi, fədakarlığı və qəhrəmanlığı yüksək dəyərləndirilib. Bildirilib ki, şəhid məzunların əziz xatirəsi universitetdə hər zaman yad olunacaq. Şəhid ailələrinin daim dövlətin diqqət mərkəzində olduğu da xüsusi vurğulanıb.

Şəhid məzunların ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.

Xəbər lenti