Logo

BDU və Türkiyənin İğdır Universiteti arasında anlaşma memorandumu imzalanıb

12.09.2025 09:09 39 baxış
IMG

Türkiyənin İğdır Universitetinin rektoru Ekrem Gürel Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə çıxış edən rektor Elçin Babayev BDU-nun İğdır Universiteti ilə uyğun istiqamətlər üzrə geniş əməkdaşlıq imkanları olduğunu söyləyib. Qeyd edib ki, bu əməkdaşlıq Azərbaycan və Türkiyənin elmi inkişafı, beynəlxalq səviyyədə rəqabətədavamlı mütəxəssislər yetişdirilməsi baxımından önəmlidir.

Ekrem Gürel daha çox aqrar təhsil istiqamətində ixtisaslaşan İğdır Universitetinin Azərbaycanla elm və təhsil sahəsində əməkdaşlığı prioritet hesab etdiyini bildirib. O, İğdırın Türk dünyasına açılan qapı olduğunu qeyd edib, İğdır Universitetində daha çox azərbaycanlı tələbənin təhsil almasını arzuladıqlarını vurğulayıb.

Görüş zamanı iki universitet arasında təhsil, elm və tədqiqat sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Eyni zamanda, tələbə və müəllim mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, beynəlxalq proqramlarda iştirak və ortaq elmi tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda BDU və İğdır Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Xəbər lenti