Logo

Nazir: Məktəbəqədər təhsilə gedənlər çoxaldıqca daha yaxşı nəticələr əldə edirik

12.09.2025 12:09 35 baxış
IMG

Məktəbəqədər təhsil nə qədər çox uşağı əhatə edirsə, təhsilin keyfiyyəti də bir o qədər yaxşılaşır və bizim təhsil sistemimiz daha geniş təcrübə toplayır. Məktəbəqədərdən gələn təhsil ümumiyyətlə sistemin əsasını təşkil edir. 

TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “2025–2026-cı tədris ili: yeniliklər və hədəflər” adlı tədbirdə çıxış edərkən səsləndirib. 

O qeyd edib ki, təxminən 120–150 min uşaq əhatə olunur. Düzdür, sonra bu say artmış olur: “Amma fərq eləmir. Faktiki olaraq hər il 30–40 min daha çox uşağı məktəbəqədər təhsilə cəlb edə bilmişik:

“2016-cı ildə məktəbəqədər təhsilin əhatə dairəsinin 16%-dən 30%-ə qalxması islahatının nəticəsini 2024-cü ildə görə bilmədik. Onu biz 2029--cu ildə görəcəyik. Çünki PISA-da iştirak edən uşaqlar 15 yaşında olur. Beləliklə, həmin islahatların real nəticələri 2029-cu ildə daha aydın görünəcək”.

Xəbər lenti