Logo

"Hibrid təlim gələcəyin təhsilini dəyişəcək”

10.05.2021 13:02 1072 baxış
IMG

Koronavirus pandemiyasının yaratdığı böhran tədrisə olan bir sıra yanaşmaları yenidən düşünməyə vadar edir. Qlobal səviyyədə yeni dərs formaları - şagirdlərə yönəlmiş layihə əsaslı tədris  və dərslərin bir hissəsinin sinifdə, bir hissəsinin isə onlayn təşkil olunan hibrid iş formatı tələb edilir.

 

"Promethean" kompaniyasının təhsil strategiyaları departamentinin rəhbəri, doktor Con Kollik (John Collick) gələcəyin niyə hibrid təlimi ilə bağlı olması, neyrobiologiyanın kəşfinin müəllimlərə necə kömək edəcəyi, müasir şagirdləri inkişaf etdirmək üçün hansı bacarıqların lazım olduğunu izahlayır.

 

Böhran  şəraitində təhsil

 

COVID-19 böhranı dövründə bütün dünyanın  məktəblərinin şagird və müəllimləri birdən-birə  təcrid vəziyyətinə düşdü. Bu halda hökumətlərin tətbiq etdiyi tədbirləri fövqəladə hallarda məsafədən təhsil kimi xarakterizə etmək olar. Məlum oldu ki, dünya əhalisinin yalnız 14 faizinin geniş zolaqlı rabitəyə, 44 faizinin isə internetə qoşulmağa çıxışı var.  Bir qayda olaraq, ucqarlarda yaşayan əhalinin ən yoxsul hissəsi və ya həssas əhali qrupuna aid icmalarda yaşayan insanlar şəbəkəyə qoşula bilmədi.

 

Zəngin ölkələr müxtəlif müvəffəqiyyət dərəcəsi ilə onlayn təhsilə keçdilər. Adekvat infrastruktur olmayan yerdə yalnız televiziya və radio üzərindən təhsil verilişləri ilə kifayətlənməli oldular və məktəblilərə bu resurslara baxmaq tövsiyə edildi. Canlı verilişlərin internetə yüklənən dərslərlə müqayisədə daha böyük auditoriyası var, lakin TV-formatlı təlimlərdə böyük çatışmazlıqlar var: şagirdlər  üçün yalnız müəllimlərin mühazirələri əlçatandır və başqa imkanlar yoxdur. Bu çox əlverişsiz bir yanaşma olsa da, öz üstünlükləri də  var - məzmun bütün əhaliyə əlçatan olur.

 

Hibrid təlim - əsas trend

 

İndi onlayn təhsil uşağa yönəlmiş layihə işinə və təhsilə doğru irəliləyir. Bu, daha çevik haldir, çünki format daha müxtəlifdir. Amma təhlükə də var ki, son nəticədə bu yanaşma seçilmişlərin qismətidir. Belə ki, hətta varlı ailələrdə belə yalnız bir kompüter ola bilər  və bir neçə uşaq tərəfindən paylaşılırsa, onlara dərslərə və materiallara tam giriş əldə etmək çətin olacaq.

 

İrəliyə baxanda aydın olur ki, gözlənilməz halların öhdəsindən gələcək sistemli və davamlı bir yanaşmaya ehtiyacımız var. Və bu, hibrid təhsil ola bilər.

 

Hibrid tədris sistemi dedikdə, biz paralel olaraq həm sinifdə, həm də onlayn formatda təhsil almağa imkan verən həll variantını nəzərdə tuturuq. Uşaqların bir hissəsi məktəbdə sinifdə olarkən qalan hissəsi təcriddə qala bilər.  Ancaq bu bir maneə deyil - hamı birlikdə öyrənir.

 

Neyrobiologiya köməyə gəlir

 

Hibrid təlim metodlarının yaradılmasında neyroelmlər kömək edir. Məsələn, neyroelmin kəşflərindən biri ondan ibarətdir ki, aktiv idrakın optimal pəncərəsi,  təxminən on dəqiqə davam edir. Bu o deməkdir ki, biz on dəqiqəlik zaman kəsimində ən yaxşı anlayır və öyrənirik, bundan sonra konsentrasiya pisləşir.

 

Yorğunluq və ya stress anlarında bizim bilik pəncərəmiz də azalır. Beynin məlumatları idarə etmək qabiliyyəti biz istirahətə ara vermədən idrakın on dəqiqəlik sessiyasını davam etdirdiyimizdə daha da pisləşir. Bu, məsələn, dərslərin uzaq hissəsi üçün tədris videokontentinin hazırlanmasına kömək edən kəşflərdən biridir.

 

Gələcəyin iki bacarığı

 

Müasir şagirdlər daha müstəqil və düşüncəli olurlar. Müəllimlərin vəzifəsi uşaqlarda iki fundamental bacarığı inkişaf etdirməkdir: tənqidi düşüncə və self - idarəetmə.

 

Bu səlahiyyətləri açıqlamaq üçün istifadə edə biləcəyiniz bir sıra üsullar var. "Sokrat sualları" metodu şagirdlərdə əsaslandırma bacarıqlarını inkişaf etdirir, onlara yaxşı düşünülmüş suallar və cavablar verməyi formalaşdırmağı öyrədir. Uşaqlar bir mövzunu izahlayarkən, özlərini təqdim etdikdə müəllim onların nəticələrə necə gəldiklərini və hansı arqumentdən istifadə etdiklərini daha yaxşı başa düşür. Uşaqları diskussiya və onlayn fəaliyyətə cəlb etmək olar,  bu, onlara öz fikirlərini nizama salmaq üçün yaxşı bir yoldur.

 

Oruc MUSTAFAYEV

Xəbər lenti