Logo

Bakı Slavyan Universitetinin əcnəbi tələbələri “Qarabağ Azərbaycandır!” deyir

22.10.2020 14:48 543 baxış
IMG

27 sentyabr 2020-ci il tarixindən etibarən işğalçı Ermənistanın hərbi birləşmələri yeni təxribat törədərək, Azərbaycanın döyüş mövqelərini və yaşayış məntəqələrini bir neçə istiqamətdə ağır artilleriyadan atəşə tutublar. Baş verən hadisələr zəminində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkmədiyi bir daha öz təsdiqini tapdı. Bütün bunlar Azərbaycan Ordusunu əks-hücum əməliyyatına başlamağa vadar etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində sülh danışıqlarının tərəfdarı olduğunu dəfələrlə bəyan edərək bu istiqamətdə beynəlxalq təşkilatlarla yüksək səviyyədə əməkdaşlıq etmişdir. Lakin Ermənistan danışıqlar prosesini dəfələrlə pozmuş, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməsini yerinə yetirməmiş, hətta zaman-zaman Azərbaycana qarşı terror aktları həyata keçirmişdir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və döyüş hazırlığına görə dünyanın 50 ən aparıcı ordusu sırasında qərarlaşmış Azərbaycan Ordusu dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi altında uzun illər işğala məruz qalmış bir çox yaşayış məntəqələrimizi, strateji əhəmiyyətli yüksəkliklərimizi azad edərək bu ərazilərdə uçrəngli bayrağımızı dalğalandırıb. Düşmən xeyli sayda canlı qüvvə, hərbi texnika itirərək geri çəkilməyə məcbur edilib. Son günlər cəbhə xəttindən gələn xoş xəbərlər hər birimizi qürurlandırır və qələbə gününün yaxında olduğuna inamımızı artırır.

Tanınmış ictimai-siyasi xadim, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva haqq davamıza, haqqlı müharibəmizə münasibət bildirərək aşağıdakı fikirləri paylaşmışdır: “İşğalçı və təcavüzkar Ermənistanın sentyabrın 27-dən başlayan və bu gün də davam edən növbəti hərbi təxribatı nəticəsində Azərbaycan torpaqlarında müharibə gedir. Şanlı və rəşadətli Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları keçirərək çoxlu sayda yaşayış məntəqələrimizi erməni işğalından azad edib. Hazırda BSU-nun 70-ə yaxın məzunu Azərbaycan Silahlı Qüvvələrinin sırasında mənfur düşmənlə vuruşur. Dövlətimizin başçısının qətiyyətli, yenilməz iradəsi, müdrik və cəsarətli siyasəti xalqımızı parlaq qələbəyə, uğurlu gələcəyə aparır”.

Biz də universitetimizdə təhsil alan əcnəbi tələbələrin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində apardığı haqqlı mübarizəsi ilə bağlı fikirlərini öyrənməyə çalışdıq. Onların fikirlərini sizə təqdim edirik:

Özdönertaş Erman- Türkiyə Respublikasının vətəndaşı, Azərbaycan filologiyası fakültəsinin tələbəsi:

“Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bütün çıxışlarında dünya ictimaiyyətinə Ermənistanın quldur hərəkətlərinə son qoyulmasının zamanının gəlib çatdığını bəyan edərək haqqlının yanında dayanmağın vacibliyini vurğulamışdır. Bu savaş günlərində Türkiyə qardaş Azərbaycana həm mənəvi, həm də diplomatik baxımdan dəstək olmuş, onu bu haqqlı davasında müdafiə etmişdir.

Yadımdadır, 2018-ci ildə BSU əcnəbi tələbələr üçün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə səfər təşkil etmişdi. Mən də bu səfərə məmnuniyyətlə qatılmışdım. Açığını desəm, Gəncənin gözəlliyi, küçələrin səliqəsi, insanların səmimiyyəti, mehribanlığı və qonaqpərvərliyi məni heyran etmişdi. Bu günlərdə Gəncənin mənfur ermənilər tərəfindən yenidən bombalanması məni və tələbə yoldaşlarımı çox sarsıtdı. 17 oktyabr səhərimizi bu ağrılı, bu acılı xəbərlə açdıq… Gecə saatlarında erməni terrorçuları yenə dinc mülki əhalini raket atəşinə məruz qoydular. Vandalizm törətdilər. Bunlara başqa ad vermək olmur. Nə ordudurlar, nə hərbi birlik, nə də ki insan! Bunlar terrorçudurlar! Bir millət, bir dövlət, bir xalq olaraq çox qəzəbliyik.

Biz də BSU-nun tələbələri olaraq bu mübarizədə əlimizdən gələni əsirgəmirik. Sosial şəbəkələrdə Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən tarixi faktları paylaşaraq, ermənilər tərəfindən törədilən vəhşilikləri bütün dünyaya çatdırmağa çalışırıq. Qarabağın Azərbaycan Ordusu tərəfindən tamamilə azad edilməsi gününü səbirsizliklə gözləyirəm. Can Azərbaycanın günəşli günlərinin çox yaxında olduğuna inanıram.

Dünya bilsin ki, Qarabağ Azərbaycandır !”

Agha Fatma-Pakistan İslam Respublikasının vətəndaşı, Tərcümə fakültəsinin tələbəsi:

 

“Mən Pakistan vətəndaşıyam. 12 ildir ki Azərbaycanda yaşayıram və özümü vətənimdəki kimi hiss edirəm. Bu səbəbdən də son günlər baş verən hadisələr ürəyimə toxunur. Bildiyiniz kimi, Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan və haqqlı mübarizəsini dəstəkləyən ilk dövlətlərdəndir. Bu ilin fevral ayında BSU-nun Akt zalında Xocalı faciəsi ilə bağlı nümayiş etdirilən kadrlar məni dəhşətə gətirdi və çox kövrəldim. Göz yaşlarımı tuta bilmədim. Dinc əhaliyə qarşı bu cür qəddarlıq yalnız faşist xislətli bir dövlətə məxsus ola bilər. Erməni terrorçuları 28 il sonra Gəncə şəhərində yenə də soyqırımı törətdilər. Onların cavabı verilməlidir və mütləq veriləcək! Bu müddət ərzində ermənipərəst təbliğatçilar utanmadan yalan xəbərlər,

təhrif olunmuş tarixi faktlar yayırlar, həmçinin Gəncəyə hücumlarını və bu terror qurbanlarının fotolarını özlərininki kimi qələmə verirlər.

Ermənistan dövləti bu müharibəyə dini mahiyyət verməyə də çalışır. Mən qeyd etmək istərdim ki, mənim tələbə yoldaşlarım müxtəlif dinlərin nümayəndələridir. Aramızda xristian, buddist və yəhudi tələbələr var. Biz hamımız mehriban ailə kimi yaşayırıq və heç bir dini, milli ayrı-seçkilik yoxdur. Ümumiyyətlə, multikultural dəyərlərə Azərbaycan cəmiyyətində çox önəm verilir. Azərbaycanlı qardaş və bacılarım bilsin ki, biz hər zaman Azərbaycanın yanındayıq. İnanıram ki, güclü, qüdrətli Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək və mütləq qələbə qazanacağdır. Çünki həqiqət Azərbaycanın tərəfindədir!”

Aliyev Ahmet-Türkmənistan Respublikasının vətəndaşı, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbəsi:

 

“За время моего обучения в БСУ я присутствовал на многочисленных мероприятиях, где ректор университета, деканы, наши педагоги рассказывали студентам об оккупации Арменией 20 процентов территории Азербайджана, о геноциде в Ходжалы, о той несправедливости, в которой живет Азербайджан уже 30 лет. Но еще в детстве, в Туркменистане мой дедушка рассказывал мне о переселении армян в XIX веке в Карабах, Нахичевань, Эриванское ханство. Какие бесчинства армяне творили с местным населением, не жалея ни женщин, ни детей. И в наши дни Армения продолжает свою политику террора. Несмотря на подписание гуманитарного перемирия, Армения продолжает ночные атаки на мирных жителей города Гянджа. Армения должна принять историческую правду и навсегда смириться с выводом своих войск с оккупированных территорий Азербайджана. Я являюсь гражданином другого государства, проходил срочную воинскую службу в Туркмении, но поверьте, если бы была такая возможность, вышел бы на поле боя в Карабахе, счел бы за честь сражаться за Азербайджанские земли,восстановление справедливости.

На балконах студенческого общежития БСУ, где я проживаю, иностранные студенты установили Азербайджанские флаги, мы следим за новостями, переживаем. Но больше всего ждём сообщения в социальных сетях от уважаемого Президента Азербайджана Ильхама Алиева, ждем от него хороших новостей.Сегодня “Карабах!”-это уже не крик болельщиков местной футбольной команды, за которую я болею всей душой (смеется), но и победный крик радости всего Азербайджанского народа.

Весь мир должен знать: “Карабах-это Азербайджан!”

BSU-nun Mətbuat və informasiya şöbəsi

Xəbər lenti