Şərqi Asiya ölkələri digər ölkələri keçməkdə davam edir: Cənubi Koreya birinci, ondan sonra isə ardıcıl olaraq Yaponiya ikinci, Sinqapur üçüncü və Honq Konq dördüncü yerdə qərarlaşır. Bütün bu ölkələrin təhsil sistemlərində “irsi intellekt” yüksək qiymətləndirilir.
Skandinaviya ölkələri bir qayda olaraq, güclü təhsilə sahib olsalar da, görünür onlar öz yerlərini itiriblər. 2012-ci ilin göstəricilərinə görə lider olan Finlandiya indi 5-ci yerə, İsveç isə 21-ci yerdən 24-cü yerə düşüb.
İsrail (12 yer qalxaraq 17-ci yerdə), Rusiya (7 yer qalxaraq 13-cü yerdə) və Polşa (4 yer qalxaraq 10-cu yerdə) təqdirəlayiq inkişaf keçiriblər.
İnkişaf etməkdə olan ölkələr isə göstəricinin yarısından bir az aşağıda yer alıb – İndoneziya 40-cı yeri tutur, Braziliya 38-ci və Meksika 39-cu yeri tutaraq digərlərini qabaqlayır.
2012-ci ilin nəticələri
Təhsilin göstəricilərinə görə son iki ilin qaliblərinin təhsil sistemində bəzi oxşarlıqları var, ancaq eyni zamanda bəzi fərqləri də.
Cənubi Koreyanın özünü öz işlərinə həsr edən ölkələrdən biri olması müzakirə obyekti ola bilər. Burada uşaqlar həftənin 7 günü dərsə gedirlər və çox erkən yaşdan ev tapşırıqları edirlər.
Ancaq həm Cənubi Koreyada, həm də Finlandiyada təhsilə böyük diqqət ayrılır və müəllimlərə çox böyük hörmət bəslənilir. (biz qərbdə həkimlərə və hüquqşünaslara böyük hörmət bəslədiyimiz kimi)
Maraqlı məqamdır ki, Cənubi Koreya inglis dilinin səviyyəsinə görə orta dərəcə alıb və bu, Asiya üçün kifayət qədər yaxşı nəticədir. İngliscə öyrənməyə güclü tələb olduğuna və çoxsaylı yerli TOEFL müəllimlərinin orada işlədiyinə görə onlar əslində ingliscə fransızlardan daha yaxşı danışırlar.