1.Əslində yalnız Cənubi Koreyada deyil, Uzaq Şərqin böyük hissəsində təhsil sistemi son dərəcə məsuliyyətli və ağırdır. Bu ölkələr arasında Cənubi Koreya; Ən aşırı dərəcədə və sözsüz ən uğurlu ölkə olaraq digərlərindən fərqlənərək ön sıraya çıxır.
2.Cənubi Koreyada sosial-iqtisadi pilləkənin zirvəsinə qalxmaq və düzgün bir iş tapmaq üçün yeganə yol bir imtahandan çıxıb digərinə keçmək üzərində formalaşır.
3.Bu imtahanlar bizim tanış olduğumuz imtahanlardan çox-çox fərqlidir.Bundan əlavə bu imtahanlar geniş bir məlumat tələb edir və son dərəcə çətin və yorucudur.
4.Bugün indiyə qədər başda Cənubi Koreya və Yaponiya olmaq üzrə Uzaq Şərq ölkələrində imtahan mədəniyyətiylə böyük uğur qazanmış bir təhsil sisteminə böyük hörmətlə yanaşılır.
5.Ancaq bu ağır və yorucu olan təhsil sisteminin uğursuz olduğunu söyləmək mümkünsüzdür.Çünki Cənubi Koreyadakı oxucu dramaturgiya nisbəti 100 faizə çatıb, həmçinin Cənubi Koreya, Beynəlxalq ölkələr arası uğurlu sınaq testlərində ən ön sıralarda yer alır.
6.Üstəlik bu uğur təkcə riyaziyyat, fizika, kimya, və s. müsbət elmlərlə də məhdud deyil, tənqidi düşünmə və təhlil testlərində də Cənubi Koreyanın mübahisəsiz bir uğuru var.
7.Ancaq bu uğurun təbii ki, bir bədəli vardır, Cənubi Koreyada şagirdlər müvəffəqiyyət qazanmaq üçün güclü və ağır bir təzyiq altında yaşayırlar.Bu ölkədə istedad çox nəzərə alınmır,çünki Cənubi Koreyalılar çox çalışmağa və işgüzarlığa hər şeydən daha çox üstünlük verirlər.
8.Xüsusilə ailələr övladlarının oxumamaları üçün heç bir bəhanə qəbul etmir, uşaqlar il boyu həm məktəbdə, həm də xüsusi müəllimlərdən dərs alırlar .Ölkənin daxilində "əgər çox çalışsanız, kifayət qədər ağıllı ola bilərsiz" inancı hökm sürür.
9.Cənubi Koreyalılar "Mükəmməl bir gələcəyə sahib olmaq üçün bu çətin dövrü keçməliyəm" ideyası ilə yaşayırlar.Cənubi Koreyada valideynlər xüsusilə də analar, universitetə giriş imtahanında övladlarının uğur qazanması üçün bol-bol dua edirlər.
10.Cənubi Koreyalıların təhsilə münasibətini "Qısa bir dövr əziyyət sonra ardından uzun müddət xoşbəxtlik" kimi ümumi bir fikirlə ifadə etmək olar .Bu təzyiq təkcə ailələrin yaratdığı bir təzyiq deyildir.Cənubi Koreya mədəniyyəti, ənənəvi olaraq uyğunlaşmağa və sistemə böyük dəyər verdiyi üçün digər şagirdlərdən gələn təzyiq də çıxış gözləntilərini yüksəldir. Cəmiyyətdə müşahidə olunan bu davranış tərzi özünü ibtidai təhsildə də göstərir.
11.Cənubi Koreyada siniflərin sayı olduqca çoxdur.Amma Koreyada hədəf, bir müəllimənin sinifə liderlik etməsi və yaşıd əlaqələrinin inkişaf etməsi olduğu üçün bu çox da problem təşkil etmir.
12.Bu çətin və ağır təhsil sistemi uşaqları intihara sürükləyir və bu da Cənubi Koreyanın problemləri arasındadır.
Buna sübut olaraq da Daejeon kəndində 16 yaşında iki litsey şagirdi "məktəbdən nifrət edirik" şəklində bir məktub qoyaraq intihar etməsini göstərmək olar.
13.Dünyanın ən inkişaf etmiş 30 ölkəsi arasında Cənubi Koreya, 11-15 yaş arasında ən çox intihar hadisəsi yaşanan ölkəsidir.
14.Cənubi Koreyada məktəblər normalda saat 16.00-da bağlanır, ancaq kurs,hazırlıq və s. deyərkən bir tələbənin evə girməsi gecə 23.00-a gəlib çatır.Və bu yalnız müəyyən bir qrupa aid vaxtlar deyil, hər litsey şagirdinin həyatı aşağı-yuxarı belədi.
15.Ancaq tələbələrin gündə 14 saatlarını məktəbdə keçirmiş olmaları Cənubi Koreyanın uğurlu olmasındakı əsas amil kimi göründüyü üçün bundan şikayətçi ola bilmirsiz.Cənubi Koreyada İngilis Dili müəllimliyi edən Tom Owenby bu təhsil haqqında bunları söyləmişdir: "Cənubi Koreya təhsil sisteminin tələbənin öz yolunu tapmasıyla heç bir əlaqəsi yoxdur, bu tamamilə digər tələbələrdən daha yaxşı olmaqla əlaqəlidir”.
16.Cənubi Koreya təhsil sisteminin mərkəzində duran tək və əsas imtahanı, hər ilin Noyabr ayında keçirilən Universitet Giriş İmtahanı: "Suneung”dur.Bu, elə bir imtahandır ki, tələbələri narahat etməmək üçün kiçik bir səs belə eşitmək mümkün deyildir.
17.Bu imtahanı ən uğurlu başa vuran tələbə Xan Jae Kyung bunları söyləmişdir: "Cənubi Koreyanın ən yaxşı universitetlərindən birinə daxil olma ehtimalı ildırım çaxması ehtimalından da aşağıdır”.
18.Bu qədər ağır, gərgin,əziyyətli olmasına baxmayaraq müəllif Ammanda Ripley Cənubi Koreya təhsil sistemi ilə bağlı bunları ifadə edib:"Əgər orta hesabla bir Amerika təhsili ilə orta hesabla bir Koreya təhsili arasında seçim etmək məcburiyyətində qalsam, istəmədən də olsa Koreya modelini seçərdim. Reallıq odur ki, müasir dünyada uşaqlar necə öyrənmək, necə işləmək və uğursuzluqdan sonra necə yoluna davam etmək lazım olduğunu öyrənmək məcburiyyətindədir.Və Koreya modeli də məhz bunu öyrədir”