Logo

Elmar Qasımov SOCAR-ın “Neftqaztikinti” Trestində işə başlayan məzunlarla görüşüb

15.11.2021 21:09 683 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Trestində işlə təmin olunmuş tələbə və məzunlarla görüş keçirib.

Tehsil.biz xəbər verir ki, görüşdə “Neftqaztikinti” Trestində müxtəlif vəzifələrə yeni işə qəbul olunmuş BANM-in 17 tələbə və məzunu iştirak edib.

Elmar Qasımov bildirib ki, BANM hər zaman tələbə və məzunlarının yanındadır və  onların işlə təminatına önəm verilir. Rektor qeyd edib ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bütün məzunların işlə təmin olunmasına dəstək göstərilir: “Məzunlarımızın işə qəbul olunmaları SOCAR rəhbərliyinin də diqqətindədir. Bu diqqətin nəticəsidir ki, məzunlarımız müəssisələrdə işlə təmin olunurlar və müxtəlif vəzifələrdə çalışırlar”.

 
Rektor işə qəbul olmaları münasibətilə onlara xoş arzularını çatdırıb, çalışdıqları müddətdə işlərinə məsuliyyətlə yanaşmaları, bilik və təcrübələrini müəssisənin inkişafı üçün səfərbər etmələrini tövsiyə edib.  

Məzunlar da yaradılan şərait və dəstək üçün Bakı Ali Neft Məktəbinin rektoruna minnətdarlıqlarını ifadə edib, Ali Məktəbdə qazandıqları bilik və bacarıqları tətbiq edərək çalışdıqları müəssisəyə töhfə verəcəklərini bildiriblər.

Xəbər lenti