Logo

“Energetika və avtomatika” fakültəsinin tərkibində Elektrik və elektronika mühəndisliyi

04.05.2021 12:48 1500 baxış
IMG

Elektrik və elektronika mühəndisliyi dinamik və həyəcanverici mühəndislik istiqamətlərindən biri olub mükəmməl karyera imkanlarını özündə cəmləşdirir və eyni zamanda dünyada ən böyük sənaye sektorlarından birinə çevrilmişdir. Elektronika sahəsindən dinamiki inkişaf tempi hazırda üzvü olduğumuz müasir cəmiyyətin energerika, səhiyyə, texnoloji proseslərin idarə olunması, təhsil və əyləncə sahələrinin bütün yönlərdən fəaliyyətlərinin yenidən formalaşdırılmasında böyük rol oynamaqdadır. Elektrik və elektronika mühəndisliyinin əsas tədqiqat predmentini elektrik enerjisinin paylanması və istehlakı proseslərinin tənzimlənməsi və idarəolunması, telekommunikasiya şəbəkələrinin, kompüterləri təşkil edən altsistemlərin inteqral sxemlərinin, tibbi və saneye elektronikası, idarəetmə sistemləri, mikrodalğa, kompüter şəbəkə təhlükəsizliyi, vizuallaşdırma və siqnalların emalı kimi sistemlərin layihələndirilməsini və realizasiyasını təşkil edir.

 

Azərbaycan Texniki Universitetinin “Energetika və avtomatika” fakültəsinin “Elektrotexnika” kafedrasında təhsil alan tələbələrə hazırda bakalavriat səviyyəsində mükəmməl və dövrün tələblərinə cavab verən bacarıqların qazanılmasını təmin edən təhsil imkanları mövcuddur. “Energetika və avtomatika” fakültəsində beynəlxalq və respublika səviyyəsində tələbənin mövqeyinin formalaşdırılmasında bilavasitə rol oynayan karyera imkanları və bakalavriat səviyyəsində təhsil imkanlarının digər təhsil pillələrində təhsilini davam etmək arzusu olan tələbələrin lazımi bilik, bacarıq və səriştələrə malik mühəndis hazırlığının tədqiqat mühiti mövcuddur.

 

“Energetika və avtomatika” fakültəsinin əsas missiyası energetika və alternativ enerji sistemləri, yaşıl enerji texnologiyaları, simsiz rabitə və mikrodalğa sistemləri, tibbi sistemlərdə tənzimləmə və idarəetmə məsələləri, tibbi məqsədlər üçün müxtəlif nanorobotların layihələndirilməsi, biokompozit materiallar, idarəetmə, süni sinir şəbəkələri və yüksək səviyyəli siqnal emal prosesləri sahələrində dünya miqyasında təhsil və tədqiqat fəaliyyətlərini müvəffəqiyyətlə davam etdirməkdədir. Azərbaycan Texniki Universitetinin “Energetika və avtomatika” fakültəsinin əsas hədəflərindən biri öz profili üzrə respublika və beynəlxalq səviyyəsində istər tədris prosesinin istərsədə tədqiqat mühitinin təşkil olunmasıdır. Fakültə üzrə professor-müəllim heyəti ömrünü təhsilə-tədrisə həsr etmiş müəllimlər olaraq tələbələri qarşısında borclarını layiqincə yerinə yetirməkdədirlər. Fakültə, republika və beynəlxalq səviyyədə prestijli layihələrdə yer almış və bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələri ilə birlikdə bu layihələrdə iştirak etməkdədir.

 

“Energetika və avtomatika” fakültəsinin nəzdində fəaliyyət göstərən elektrik və elektronika mühəndisliyində bakalavriat proqramı 4 illik təhsil müddətini əhatə edib, birinci tədris ilində öyrədilən fənlər tələbələrin növbəti illərdə lazım olacaq əsas və sosial elmlər sahəsindəki dərslərlə, əsas kompüter bacarıqlarının formalaşmasına xidmət edən fənlərdən ibarətdir. İkinci tədris ilində bir tərəfdən tələbələrə elektrik və elektronika mühəndisliyinin əsas istiqamətləri araşdırılarkən eyni zamanda əvvəlcədən qazanılmış ilkin biliklərin möhkəmləndirilməsi təmin olunur. Üçüncü tədris ilində isə tələbələrə elektrik və elektronika mühəndisliyinin əsas istiqamət sahələrini xırda detallarına qədər araşdıran fənlərə yer verilir və dövrün tələbləri çərcivəsində baza mühəndislik anlayışları öyrədilir.  Bakalavriat təhsilinin son mərhələsində tələbələrə təqdim olunan seçmə fənlər vasitəsilə elektrik, telekommunikasiya, mikrodalğa, elektron və idarəetmə sistemləri kimi sahələr üzrə ixtisaslaşmaq imkanı yaradılır. Bundan başqa tələbələrə 70 iş günü müddətində elektrik və elekronika mühəndisliyi ilə əlaqəli təşkilat və müəssisələrdə nəzəri biliklərin praktiki bacarıqlara (növbəti mərhələdə vərdişlərə) çevrilməsi üçün münbit şərait yaradılır.

 

Fakültə və qeyd olunan ixtisas barəsində daha ətraflı məlumatları aztu.edu.az saytından əldə etmək olar.

 

Qadir QAFAROV

 

AzTU-nun “Energetika və avtomatika” fakültəsinin nəzdində
“Mühəndis fizikası və elektronika” kafedrasının assistenti

Xəbər lenti