Logo

Yeni “Fizika” dərsliyində ilk dəfə QR kodlardan istifadə olunacaq

10.09.2025 16:54 57 baxış
IMG

“İlk dəfə olaraq dərsliklərə QR kodlar əlavə edilib. Məsələn, şagirdlər “Səs dalğaları” mövzusuna dair QR kodu mobil tətbiq vasitəsilə skan etməklə mövzunu daha interaktiv şəkildə öyrənə bilərlər”.

TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri bu gün 2025-2026-cı tədris ilində ümumtəhsil müəssisələrinin  VIII siniflərində tətbiq olunacaq yeni nəsil “Fizika” dərslik komplektinin məzmun və tədris texnologiyasının xüsusiyyətlərinin müzakirəsinə həsr edilmiş vebinarda Təhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov səsləndirib.

Onun sözlərinə görə, artıq bir neçə ildir ki, müəllimlərə ayrıca metodik vəsait təqdim edilmir. Bunun əvəzinə həmin materiallar trims.edu.az portalında yerləşdirilir və hər bir müəllim onları yükləyərək dərs hazırlığında istifadə edə bilir.

Xəbər lenti