Bu il keçirilən NASCO-ya ilk dəfə rekord sayda müraciət olub.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransında (NASCO XXVIII) çıxışı zamanı bildirib.
O qeyd edib ki, builki konfransa 649 müraciət qeydə alınıb. Onlardan 610-u qəbul olunub.
Rektorun sözlərinə görə, son illər NASCO-ya məqalələrin qəbulu çətinləşdirilib:
“Təqdimat etməyənlərin məqalələri çap olunmur. Ancaq buna baxmayaraq, qəbul olunan məqalələrin sayında artım görürük. Əvvəllər daha çox humanitar sahələrdə məqalələr təqdim edilirdi. Ancaq son illərdə mühəndislik sahəsində də məqalələrin sayının artdığını görürük. Həmçinin son iki ildə plagiat tezislərə və məqalələrə rast gəlmirik”.
O qeyd edib ki, bu il NASCO-da sorğuya əsasən yenilənmələr, yaxşılaşdırmalar edilib:
“Bu ilk dəfə olaraq konfransın veb-səhifəsi hazırlanıb. Düzgün və sistemli şəkildə kommunikasiya olunub”.