Logo

“Karabakh School” məktəbinin şagirdləri Londonda keçirilmiş təntənəli tədbirdə çıxış ediblər

19.10.2022 09:53 441 baxış
IMG

Birləşmiş Krallıqda fəaliyyət göstərən “Karabakh School” onlayn Azərbaycan məktəbinin şagirdləri 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpasının 31-ci ildönümü ilə bağlı Londonda keçirilmiş təntənəli tədbirdə çıxış ediblər.

Tehsil.biz xəbər verir ki, ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin təşkil etdiyi tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib,  mahnılar ifa ediblər. Xaricdə doğulub-böyüyən azərbaycanlı uşaqların vətənpərvərlik ruhu tədbir iştirakçılarında xoş ovqat yaradıb. 

Qeyd edək ki, London şəhərində “Karabakh School” onlayn Azərbaycan məktəbi Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın tövsiyələrinə uyğun olaraq 27 sentyabr 2020-ci ildən fəaliyyətə başlayıb. Azərbaycan dövlətinin dəstəyi ilə məktəbdə Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, rəsm, musiqi və xor dərsləri keçirilir. Layihəyə Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova rəhbərlik edir. Musiqi və xor dərslərini azərbaycanlı musiqiçi-bəstəkar Səadət Fərziyeva tədris edir. Prezident İlham Əliyevin Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələrdən sonra dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən həftəsonu Azərbaycan məktəblərinin sayında artım baş verib.

Xəbər lenti