Logo

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı LƏĞV OLUNMALIDIR

26.07.2024 15:30 1293 baxış
IMG

Hər il jurnlistikaya qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanında iştirak edirlər. Belə ki, qabiliyyət imtahanı mərhələsində abituriyentlərə inşa mövzuları üzrə yazı yazmaq təklif olunur. Bu proses demək olar ki, hər il təkrarlanır.

 

Bəs, görəsən, qabiliyyət imtahanlarında inşa yazmağı yeni üsulla əvəzləmək lazımdırmı?

 

Mözvu ilə bağlı AzEdu.az-a açıqlama jurnalist, televiziya tənqidçisi, filologiya elmləri doktoru professor Qulu Məhərrəmlinin sözlərinə görə, Jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imthanının verilməsi kökündən yanlış məsələdir:

 

“Bunu əvvəl də demişəm və bu gün də həmin fikirdəyəm. Hesab edirəm ki, bu addımın atılması bəlkə də yaxşı məqsədlər güdüb, amma faktiki olaraq qabiliyyət imtahanı jurnalistikaya gələnlərin sayını xeyli dərəcədə azaldıb və balları xeyli aşağı salıb.

 

Eyni zamanda bunun nəticələri tədrisdə də özünü göstərir. Ümumiyyətlə qabiliyyət imtahanı nə deməkdir? Çoxları Sovet dövründəki kimi Jurnalistika fakültəsinə qəbulu ədəbi yaradıcılıq faktı kimi nəzərdə tutur. Jurnalistika fakültəsinə qəbul olmaq istəyən abituriyent guya yaxşı inşa yazıb qəbul olunsa, daha sonra yaxşı jurnalist ola biləcək. Bu tamamilə yanlış yanaşmadır”.

 

Q.Məhərrəmli jurnalist olmaq üçün yaxşı inşa yazmaq, uydurmaq, fantaziyaları işə salıb, gözəl cümlələr işlətməyin doğru olmadığını vurğulayıb:

 

“Bunu birmənalı şəkildə ləğv etmək lazımdır. Pis tərəfi odur ki, bu qabiliyyət imtahanı təkcə bakalavr pilləsində deyil, magistraturaya qəbul olanlar arasında da keçirilir.

 

Jurnalist olmaq üçün yaxşı inşa yazmaq, uydurmaq, fantaziyaları işə salıb gözəl cümlələr işlətmək deyil. Jurnalist olmaq üçün birinci amil cəmiyyəti yaxşı bilmək, həqiqəti yazmaq və ölkəyə xidmət etməyi əsas götürməkdir. Ona görə də bunun indiki halda heç bir faydası yoxdur. O səbəbdən də qabiliyyət imtahanı tamamilə artıqdır.

 

Həm komissiyalara, həm də bəzi müəllimlər üçün əlavə problemlər ortaya çıxardır. Ən böyük problemdə abituriyentlər üçün olur. Düşünürəm ki, qabiliyyət imtahanını yeni üsulla əvəz etməyə ehtiyac yoxdur”.

Xəbər lenti