5 aprel 2025-ci il tarixində “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə “FIRST LEGO LEAGUE Explore” yarışının Respublika turniri həyata keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, turnirdə ölkənin müxtəlif bölgələrindən olan 7–9 yaşlı şagirdlərdən ibarət 40-dan çox komanda iştirak edib. İştirakçılar jüri qarşısında çıxış edərək öz innovativ layihələrini təqdim ediblər.
Turnirin əsas məqsədi məktəblilərin elm, texnologiya və mühəndislik sahələrinə marağını artırmaq, onların analitik düşünmə, problem həlletmə və komanda işi bacarıqlarını inkişaf etdirməkdir.