Logo

Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalı keçiriləcək

07.04.2025 10:30 59 baxış
IMG

Elm və Təhsil Naziliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin birgə qərarı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalı keçiriləcək. 

Müsabiqəyə 26 ali təhsil müəssisəsinin (musiqi təmayüllü ali təhsil müəssisələri istisna olmaqla) əyani şöbələrində təhsil alan tələbələr qatıla bilərlər.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsindən TƏHSİL.BİZ -ə verilən məlumata görə, seçim turu 3 mərhələdə aprel ayında keçiriləcək.

İlkin olaraq müsabiqə-festivalın seçim turu artıq Sumqayıt və Lənkəran şəhərlərində keçirilib. Musabiqənin seçim turuna tələbələr Sumqayıtdan 17, Lənkərandan isə 15 nömrə ilə qatılıblar. İştirakçılar müxtəlif musiqi alətlərində ifalar təqdim edib, musiqi parçaları və şeirlər səsləndiriblər.

Qeyd edək ki, yarışmanın münsiflər heyətinə xalq artistləri Mübariz Tağıyev, Gülyanaq Məmmədova, Təranə Muradova, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Hafiz Quliyev və Arslan Növrəsli daxildir.

Digər seçim turlarının Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Xankəndi şəhərlərində keçirilməsi nəzərdə tutulur.    

Qaliblər yekun konsertin nəticələrinə uyğun olaraq müəyyən ediləcək, Fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaqlar. 

Konsert mayın 16-da Heydər Əliyev Sarayında keçiriləcək.

 

 

 

 


 

Xəbər lenti