Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi 2025/2026-cı tədris ili üçün şagird qəbulu elan edir.
TƏHSİL.BİZ xəbər verir ki, IV-X sinif şagirdləri iyun ayının 1-i Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənləri, 8-i isə IX-X sinif şagirdləri seçdikləri ixtisas qruplarına müvafiq blok fənləri üzrə imtahanda iştirak edəcəklər.
Bildirilib ki, I-III sinif şagirdləri 01-08.06.2025-ci il tarixlərində müsahibə yolu ilə, IV sinfi bitirən şagirdlər isə test imtahanı verəcək.
İmtahan Kompleksin əsas binasında 09:00-da baş tutacaq.
Qeydiyyat may ayının 30-u sonlandırılacaq.
2025/2026-cı tədris ili üçün liseyə qəbul imtahanında yüksək nəticə əldə etmiş şagirdlərin təhsilhaqqında aşağıdakı güzəştlər tətbiq olunacaq:
• 95-100% aralığında ən yüksək nəticə əldə etmiş bir şagirdin təhsilhaqqına 100% güzəşt;
• 90-95% aralığında ən yüksək nəticə əldə etmiş 1-ci şagirdin təhsilhaqqına 60%, 2-ci ən yüksək bal toplayan şagirdin təhsilhaqqına 40% güzəşt.
Qeyd edək ki, imtahana giriş ödənişlidir. Postda paylaşılan rekvizitə uyğun hər bir şagird 20 AZN ödəniş etdikdən sonra ödəniş qəbzini imtahan günü liseyə təqdim etməlidir.
İmtahanda iştirak edəcək şagirdlərin şəxsiyyət vəsiqəsini özü ilə gətirməsi vacibdir.
Qəbul imtahanında iştirak etmək istəyən şagirdlər bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Suallarınız üçün bizə müraciət edin (+99477) 2202021; (+99477) 2202011