Logo

Şərqşünaslıq İnstitutunun “Türk dillərinin müqayisəli tədqiqi” kitabı çapdan çıxıb

07.04.2025 16:03 92 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Türk dillərinin müqayisəli tədqiqi” kitabı çapdan çıxıb.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva, ideya müəllifi və hazırlayanı Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İnci Qasımlıdır.

Kitaba Azərbaycan, Türkiyə, Özbəkistan, Macarıstan və İtaliyadan alimlər rəy veriblər.

Nəşrdə 15 müəllifin 20 məqalə və lüğətindən istifadə olunub. Tədqiqatda türk dillərinin 18 qolu haqqında məlumat verilib, bu dillərin qrammatik, fonetik xüsusiyyətləri tədqiq olunub, hər bir dil haqqında 1 məqalə və ortaq istifadə olunan 100-1000 sözdən ibarət lüğətlər hazırlanıb. Lüğətdəki sözlər məqalə müəllifləri tərəfindən seçilib və Azərbaycan türkcəsi ilə qarşılığı yazılaraq lüğət şəklində tərtib olunub. Lüğətlər hazırlanarkən sözlərin türk mənşəli olmasına xüsusi diqqət edilib.

Oxucuların diqqətinə müxtəlif dillər üzrə “Azərbaycan dili”, “Türkiyə türkcəsi”, “Türkmənlər və türkmən dilinin leksikologiyasına dair qeydlər”, “Qaqauz dili”, “Azərbaycan dilinin şimal ləhcəsinin şivə qruplarının hal kateqoriyasında qıpçaq dilinin elementləri və oğuz qrupuna inteqrasiyası”, “Qazax dilinin leksikası haqqında ümumi məlumat”, “Qaraqalpaq dilinin leksikası”, “Qırğız dilinin leksikası”, “Altay dili”, “Noqay dili”, “Tatar dilinin leksik və morfoloji xüsusiyyətləri”, “Başqırd dili”, “Qaraçay-Balkar dilinin leksik sistemi”, “Qumuq dili”, “Özbək dili”, “Müasir uyğur dilinin fonetik və leksik xüsusiyyətləri”, “Çuvaş dilinin leksikası” və “Yakut dilinin leksikası” kimi məqalələr çatdırılır.

Kitabın hazırlanmasında məqsəd bu qiymətli mənbəni Türk dünyasına, türk birliyinə Azərbaycan alimləri tərəfindən töhfə olaraq təqdim etmək, dil və lüğətçiliklə bağlı bu sahədəki boşluğu doldurmaq, Azərbaycan və digər türk dövlətləri arasındakı elmi əlaqələrin inkişafını genişləndirməkdir.

Xəbər lenti