Logo

BMU məzunu 8 nüfuzlu universitetdə təhsil almaq hüququ əldə edib

02.09.2025 11:23 69 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) daha bir məzunu 8 nüfuzlu universitetdə təhsil almaq hüququ əldə edib.

BMU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, kimya müəllimliyi (ingilis bölməsi) ixtisası üzrə bu il məzun olan Aynurə Məmmədova Amerikanın Northeastern, İtaliyanın Genova, Padova, Messina, Macarıstanın Debrecen, MATE (Kənd Təsərrüfatı və Təbiət Elmləri), Latviyanın Riqa Texniki və Litvanın Kaunas Texnologiya universitetlərində magistratura səviyyəsi üzrə təhsil almaq hüququ əldə edib.

Aynurə Məmmədovanın seçimi İtaliyanın Padova Universitetinin “Sustainable Chemistry and Technologies for Circular Economy” ixtisası olub (illik təqaüd 8000 avro).

Tələbəlik dövründə fəallığı ilə seçilən Aynurə Məmmədova iki dəfə BMU rektoru tərəfindən universitetin ictimai və sosial həyatındakı səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif olunub. Həmçinin “Enactus Azərbaycan”da komanda rəhbəri kimi universiteti təmsil edib. Bundan başqa, startap layihəsi “TUSİ (2)” inkubasiya proqramında 181 layihə arasında uğur qazanıb.

Xəbər lenti