Logo

ATU-da şəhid ailələrinin övladları ilə görüş

11.09.2025 09:06 38 baxış
IMG

Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov ali təhsil ocağına bu il qəbul olunan şəhid ailələrinin övladları ilə görüşüb.

Universitetdən TƏHSİL.BİZ-in bölgə müxbirinə verilən məlumata görə, rektor şəhid ailəsi üzvlərini tələbə adı qazanmaları münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb. Bildirib ki, Azərbaycanın müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı hər zaman xalqımızın yaddaşında yaşayacaq. Yaşar Ömərov vurğulayıb ki, dövlətimiz şəhid ailələrinin övladlarına xüsusi diqqət və qayğı göstərir, Azərbaycan Texnologiya Universiteti də bu məsuliyyətin daşıyıcısı olaraq onların hərtərəfli inkişafı üçün bütün imkanları səfərbər edəcək.

Tələbələrə universitetdə yaradılan təhsil imkanları, sosial və mədəni mühit barədə məlumat verilib.

Qeyd edək ki, bu il 44 günlük Vətən müharibəsi şəhidi Bəxtiyar Bəkirovun övladı Məhəmməd Bəkirli “Turizm bələdçiliyi” ixtisasına, 44 günlük Vətən müharibəsi şəhidi Nihat Abdullayevin bacısı Nigar Abdullayeva “Menecment” ixtisasına, 11 oktyabr 2020-ci ildə Gəncə terrorunda həlak olan Ələsgərovlar ailəsinin üzvü Sənan Hacıyev isə “Biznesin idarə edilməsi” ixtisasına qəbul olub.

Xəbər lenti