Logo

Emin Əmrullayev: Uzun illər "müəllim", "ibtidai" sözünü yaza bilməyənlər bizə dərs deyib

11.09.2025 11:20 48 baxış
IMG

Uzun illər "müəllim" sözünü bir "l", "ibtidai" sözünü "p" və "y" ilə yazanlar bizə dərs deyib.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, ibtidai təhsilin səviyyəsi aşağıdırsa, təbii ki, yuxarı siniflərdə də nəticələr aşağı olacaq:

"Bizim problemlərimizin çoxu ibtidai təhsildə idi. Onun əsaslı bir hissəsini həll etmişik. Ən aşğı keyfiyyətli 4 min ibtidai sinif müəlliminin əmək müqaviləsinə xitam verilib və onların yerinə daha bacarıqlı müəllimlər gətirilib".

Xəbər lenti