Logo

Akademik nəşrlərin problemləri – Aleksandr Lavrovun məqaləsi

28.06.2021 12:52 675 baxış
IMG

Düz 105 il əvvəl, 1911-ci ildə (Daha dəqiqi 1911-17-ci illərdə) Rusiyada ilk akademik nəşr – «Rus yazıçılarının akademik kitabxanası” seriyasında, N.Piksanovun redaktəsi və rəyləri ilə A.Qriboyedovun 3 cildlik əsərlərinin tam külliyyatı işıq üzü görmüşdür. Növbəti 100 illikdə Elmlər Akademiyasının himayəsi altında iyirmiyədək rus klassiklərinin əsərlərinin toplusu tərtib olundu. Bütün bu dövr ərzində praktik fəaliyyətin mətn prinsiplərinin bazası əsasında tərtib olunan akademik nəşrlərin nəhəng həcmi daha artıq təkmilləşərək kifayət qədər elmi hazırlıqlı oxucuya təqdim olunmuşdur. Akademik nəşrlərin hazırlanması yüksək mərhələlərlə aparılır. Lakin onu da qeyd etməliyik ki, tərtib olunan nəşrlər ciddi nöqsanlardan heç də xali deyil. Nəşrlərdə aşkarlanan qüsurların ciddiliyi əsərlərin əsas məlumat bazasına nəzər yetirdikdə aydın olur.


Əksər halda əsərlər akademik toplularda — əksəriyyəti nüfuzlu səhifələrdə „əsərlərin tam toplanması” prinsipinə “riayət edə bilməmək” baxımından nəzərə çarpır. Müxtəlif hallarda nəşrlərin yarımçıq olmasına bu və ya başqa mətnlərin obyektiv səbəblərlə hazırlanması məqamının qeyri-müəyyənliyi səbəb olur.

 

1954-cü ildən toplanmasına başlayan A.Gertsenin 30 cildlikdə tərtib olunan seçilmiş akademik əsərləri, tərtib edilən nəşrin „tam dolğunluğu ilə əks olunduğunu iddia edə bilməz” tələbini təlqin edir. Yazıçının sənəd irsinin əsas hissəsi müxtəlif arxivlərdə qorunmaqda davam edir və bu yöndə hələ də dəqiq hesablama aparmaq mümkün deyil — bir çox materiallar itirilmiş və ya Rusiyada fərdi şəxslərin arxivlərində saxlanılmaqdadır.

 

Gertsenin nəşrinin tamamlanmasından sonrakı onilliklər ərzində vəziyyət tam dəyişmişdir — nəşr üçün əvvəllər naməlum olan sənədlərdən ibarət 30 cildlik toplu təkmilləşərək “Ədəbi irs” seriyasında 2 cilddə dərc olunmuşdur. İ.Turgenevin əsərləri və məktubları ilə də analoji vəziyyət yaşanır. 1960-68-ci illərdə İ.Turgenevin məktubları bu nəşrin tərkibindəki 13 cildi əhatə edirdi (15 kitab). 1982-ci ildə dərc olunan ikinci nəşrdə isə məktublar artıq 18 cilddə toplandı. Bununla da Turgenevin istər xarici, istərsə də şəxsi arxivlərdə qorunan məktubları tam nəşr olundu (1972-74-cü illərdə Fransada ayrıca nəşr olunan məktubların əksəri Polina Viardo /1821-1910, ispan-fransız müğənnisi, Vokal müəllimi və bəstəkar. İ.Turgenevin librettolarına yazılmış romans və komedik operaların müəllifi. Turgenevin əsərlərini fransız dilinə tərcümə etmiş, rus mədəniyyətinin təmsilçilərindən biri olmuşdur. 1843-cü ildə „Sevilya bərbəri əsərində Viardonun ifasını eşidən Turgenev ona aşiq olur və ömrünün sonuna kimi ona olan heyranlığı bitmək bilmir – X.N./ və onun ailə üzvlərinə ünvanlanmışdı). Bundan başqa Turgenevin məktublarının birinci akademik nəşri yazıçının əvvəllər nəzərə alınmayan avtoqrafının araşdırılması üçün güclü stimul rolunu oynadı və bu araşdırma öz bəhrəsini verdi. Lakin hiss olunur ki, birinci kimi ikinci nəşrin də yüksək səviyyədə hazırlana bilməməyinin əsas səbəbi vaxt çatışmazlığı olmuşdur. Daha sonra yazıçının əlyazmaları əsasında “Ədəbi abidələr” akademik seriyasında „Ataların və oğulların” nəşri işıq üzü gördü. Bu yaxınlarda isə Rusiyada “Atalar və oğullar” romanının əlyazması ortaya çıxmışdır.

 

Bütün bunlar nəşrlərin natamamlığının obyektiv səbəbləridir. Lakin təəssüf ki, ötən onilliklər ərzində natamamlıq və nəşrlərin — yüksək qurumlar tərəfindən diktə edilən qeyri-mükəmməlliyi öz məhdudiyyətlərini elmi kollektivlərə uyğunlaşan başqa tərtibatlarla aşkarlayır. Turgenevin 1960-cı illərdə meydana gələn ilk nəşrində musiqi əsərləri üçün yazılan mətnlər daxil edilməmişdi. Onun komik operalar üçün olan librettoları, ssenarilər və məzhəkələr, hər nə qədər 2-ci dərəcəli olsa belə yazıçının yaradıcılığının danılmaz hissəsidir. 1986-cı ildə dərc olunan nəşrin 12-ci cildinə bu mətnlər də daxil edildi. XIX əsr yüksək dərəcəli rus klassik ədəbiyyatının ən yüksək nəaliyyətlərindən biri olan»Ovçunun qeydləri” 4-cü cildə daxil edildi. 1991-ci ildə "ədəbi abidələr” seriyasında təxminən 300 çap vərəqi səhifə-titulunda "əsərlərin tam külliyyatı”nı təşkil edən hekayə və oçerklərin qaralama variantı isə ləğv edildi.
M.Lermontovun əsərlərinin akademik nəşri (6 cild, 1954-57) Sovet dövrünün riyakar saxta əxlaqi dəyərlərinə görə natamam tərtib olundu, bu nəşrə «Qoşpıtel”, „Peterqof bayramı” və “Ulanşa” kimi „ədəbsiz” poemaları daxil edilməmişdi (1937-57). Sözü gedən Akademik nəşrin özü də natamamdı, hətta Allahı inkar edən kəskin ateizm səbəbindən N.Qoqolun üzərində bir neçə il əmək sərf etdiyi son “ən qiymətli əsəri” olan „İlahi əlyazmalar haqqında düşüncələr” buraya daxil edilməyib.
Dostoyevskinin Akademik nəşri daha tolerant şərtlər əsasında hazırlanmışdı, lakin araşdırmalar nəticəsində onun da natamam olduğu məlum oldu: 1840-cı ildə tərtib olunmuş topluda yazıçının əsərləri arasında tərcümə etdiyi Balzakın “Yevgeniya Qrande” romanı yer almır.
»Puşkin evi”ndə F.Dostoyevskinin ikinci akademik nəşrinin layihəsində bəzən qəribə və parlaq görünən elementlərlə zəngin hissələrdə bir sıra ixtisarlar yarandı. Ardınca A.Çexov özünün nə vaxtsa senzura səbəbindən kənarlaşdırılan, «Böyük Volodya və kiçik Volodya” hekayəsinin 1893-cü ildəki nəşrinə rəy bildirdi — »Əxlaq təmizqəlbli uşaq, qorxaqlıq isə qəribəlikdir”. Bu kəlmələr Çexovun məktublarının mətnlərindəki riyakar qanunlara münasibətdə də qəbul oluna bilər (o cümlədən, əvvəlki 1912-16-cı illərdəki ilk 6 cildlik "Çexovun məktubları” başlığı ilə çap olunan nəşrə də).
Müəlliflərin əsərlərinin əvvəllər mövcud olan akademik toplularının tərtibi zamanı tələblərə cavab verən nəşrlərin peşəkarca hazırlanması, o cümlədən yanlışlıqları və qüsurlarının bütünlüklə məhdudlaşdırılaraq bərpası təxirəsalınmaz tapşırıqlardan biridir. Bu cür yenidən işlənmiş nəşrə nümunə olaraq «Puşkin evi”ndə tərtib olunan Dostoyevskinin əsərlərinin tam külliyyatının 2-ci nəşrində nöqsanlara düzəlişlərlə bərabər, birinci nəşrdə qaralama mətnlərdəki ixtisarlar və yeni araşdırmalarla zəngin rəylərin təkmilləşməsi və Sovet dövrünün ideoloji tələblərindən irəli gələn akademik qurumda qiymətləndirilməsini misal çəkmək olar. Dostoyevskinin 1970-80-ci illərdəki ilk nəşrində dini-fəlsəfi dünyagörüşü və ümumi siyasi baxışlarında da obyektiv ixtisarlar oldu.
Gördüyümüz kimi əksər akademik nəşrlərin tam toplusu natamamlıqdan „əziyyət çəkir”. Daha böyük çatışmazlıq isə sözügedən müəllifə məxsus olmayan mətnlərin də nəşrə daxil edilməsidir. Bu, artıq yazıçı individuallığının açıq-aşkar şəkildə təhrif olunmasıdır. Buna misal olaraq P.Çadayevin akademik nəşrinə yazılan resenziyalardan birinin qərəzli başlığını göstərə bilərik — “Əsərlərin tam külliyyatından daha artıq”. Bu nəşrin „Dubia“ (latıncadan „şübhə etmək“) bölməsinə — nəzmlə yazılan „Balıqçılar“ povesti daxildir. 1828-ci ildə Moskvada ayrıca kitab şəklində işıq üzü görmüş nəşrin başlıq səhifəsində „P… Ç… nin əsərləri“ yazılmışdır. Arqumentlər sırasında naşir V.V.Sapov(1951,Rusiyalı naşir – X.N.) tərəfindən irəli sürülən müəllifin imzasının Çaadayevin inisialları ilə üst-üstə düşməsini də misal göstərmək olar. 1828-ci ildə Moskvada bu inisiallara malik başqa ədəbiyyatçının yoxluğu, o cümlədən Çaadayevin yaradıcı siması ilə tam səsləşən poemaların məzmunu da arqumentlər sırasındadır. „Balıqçılar“ əsərinin müəllifi — 1820-ci illər şairi N.Çijov da bu sıraya aid etmək olar. Çijovun „Balıqçılar“ əsəri V.M.Jirmunskinin (1891-1971, Sovet Rus ədəbiyyatçısı, linqvist, filologiya elmləri doktoru- X.N.) „Bayram və Puşkin“ klassik kitabında da xatırlanır. Analoji şəkildə hazırlanan akademik nəşrlərdən biri M.Qorkinin məktubları oldu. 1941-ci ildə Səmərqənd Pedaqoji İnstitutunda Qorkinin V.İ.Anuçinə (ədəbiyyatçı və etnoqraf-sibirşünas – X.N.) ünvanladığı 23 məktubdan ibarət kitabça çap olundu. L.B.Azadovskayanın 1965-ci il „Yeni dünya“ jurnalının 3-cü sayında çap olunan „Bir saxtakarlığın tarixi“ məqaləsində bu topludakı məktublardan ancaq 6-sının Qorkiyə məxsus olduğu, qalan 17 məktubun isə — Anuçinin saxtakarcasına fəaliyyətinin „bəhrə“si olduğu sübut olundu: „Nəhəng sayda qeyri-dəqiqlik, uyğunsuzluq onları təkcə şübhəli yox, həm də tamamilə qeyri-mötəbər edir”. Buna baxmayaraq, Qorkinin redkollegiyası müqayisəolunmaz arqumentlər qəbul etmədən nəşrin tərkibinə Anuçinə “yazdığı” bütün saxta məktubları daxil etmişdir.


Akademik nəşrlərin hazırlanması zamanı kompleks halında yaranan problemlər postsovet dövründə ortaya çıxan situasiya ilə bağlıdır. Lakin bütün çətinliklərə baxmayaraq „rus klassik ədəbiyyatı” zaman anlayışının sərhədlərini xeyli genişləndirmiş, XX əsr yazıçılarının əksəriyyətinin əsərlərini Akademik nəşr toplularına daxil etmişdir.
İdeoloji və senzuralı məhdudiyyətlər yenidənqurma illərində və postsovet zamanında XX əsrin ilk illərinin rus yazıçılarının yaradıcılığının öyrənilməsi və mənimsənilməsi tarixini öz aralarında kəskin təzad təşkil edən iki mərhələyə bölür. Sovet dövründə əsasən (ayrıca seçimlər əsasında) inqilabaqədərki realist ənənələrin izi ilə gedən yazıçılar qəbul edilmiş və dərc olunmuşdur. Modernist üslublu yazıçılar və ən əsas simvolistlər isə oxucu və tədqiqatçıların diqqətindən kənarda qalmışlar. Simvolizm haqda təəssüratlar isə A.Blok və V.Bryusovun əsərlərinə əsasən yaranırdı. Onların fonunda digər yazıçılar nadir hallarda və “qənaətlə” çap olunurdular.
Son illərdə isə mənzərə əməlli-başlı dəyişib. Artıq XX əsrin əvvəllərinin hər bir nəhəng yazıçısının onlarla yeni akademik nəşri təqdim olunur. Lakin bu hal da say göstəriciləri ilə səsləşmir. Müəyyən tarixi-mədəni arealın ciddi-dərin tədqiqi vəzifələrində bir çox nəşriyyatlar son illər ən kiçik tələblərə belə cavab vermir.
Nəşriyyat təşəbbüskarlarının əksər hallarda nəşriyyatların rəhbərlərinin onların məhsullarını kitab bazarına çıxarmağa hazır olan və kitabların redaktə hazırlığı istiqamətində daha az sayda problem yaradan xarici yazıçıların olduqları məlum olur. Bu cür şərtlərdə „məlumatlı və məsuliyyətli peşəkar” ən arzuolunan şəxsdir və naşir bu qəbildən olan şəxslərin nəşr işində iştirakından uzaqda dayanır.
XX əsrin başlanğıcı yazıçılarının akademik nəşrlərinin ən həssas əlaməti mətnlərin etibarsızlığıdır. Beləliklə, yenidən rəy yazılmış və mətnləri mətnşünaslıqda təsdiqlənmiş, “Şairin yeni kitabxanası” seriyasında çapdan çıxan „Buninin şeirləri” nəşrindən sonra məlum oldu ki, əvvəllər mövcud olmuş şeir nəşrləri, o cümlədən 1965-67-ci illərdə 9 cildlik toplunun tərkibində növbəti nəşrlərin ənənəvi etalonu mətnin mötəbər mənbəyi kimi qəbul oluna bilməz. İ.Buninin ölümdən sonrakı nəşrlərinin tərtibatçıları hansısa müəyyən mətni prinsiplərə başçılıq etməmişlər — bəzi şeirlər ilk dəfə redaktə olunub dərc edildiyi halda, digərləri 1910-cu il nəşrindən götürülmüş, üçüncülər naməlum redaktələrdə mühacirətdə yazılan əsərlərin toplusu idi. Bundan başqa bir vaxtlar nəşriyyatlar müxtəlif redaksiyaları eyni mətni redaktə etməyə cəlb edirdi, bu zaman müəllifin mətnini öz mətnləri ilə əvəz edirdilər; şeirlərin redaktəsində tam çaşqınlıq yaşanırdı və s. Bununla belə, Buninin əsərlərinin 13 cildlik tam külliyyatının əsasında bu gün heç bir mətni dəyişiklik görülmədən 9 cildlik toplusu nəşr olundu. Yeni nəşrdə hətta mətnlərdəki əvvəlki səhvlər də olduğu kimi qalmışdı. Əvvəlki qeyri-düzgün qərarların mexaniki təkrarı vacib tədqiqat keçirilməsinə cavabdeh və ambisiyalarla dolu layihənin “əsərlərin tam külliyyatı” olaraq, əslində, baş tutmamasının təsdiqidir.
Bu cür nümunələrə sonsuz sayda misallar çəkmək olar. „Gümüş dövr”ün kitabları isə son iki onillikdə ölçüyəgəlməz saydadır və onların arasında əsasən “xalturalar” üstünlük təşkil edir. Əlbəttə ki, Elmlər Akademiyası bu cür „xalturalar” üçün öz təcrübəsinə əsasən əsər və ayrıca nəşrlərin akademik toplular külliyyatının “ədəbi abidələr” seriyasında hazırlanmasına etiraz edə bilər. Bu nəşrlər bütün mümkünatı və müstəqilliyi ilə bütünlüklə mətnşünaslıqda ədəbi-tarixi və əlbəttə ki, hər şeydən öncə XX əsrin rus klassik ədəbiyyatının yaradıcılıq irsinin nəşriyyat proqramına rəhbərlik edərək, əsərlərin akademik toplusunu eyni nümunə əsasında hazırlanmış, XIX əsr klassiklərinin bitkin və ya natamam əsərləri kimi — F.Dostoyevski, İ.Turgenev, N.Nekrasov, Qleb Uspenski kimi, A.Çexov və ya əvvəllər nəşr olunan A.Blok, M.Qorki və s. müəlliflərin əsərlərinin ən yüksək səviyyəsini nümayiş etdirir.
Nə qədər qəribə səslənsə də, akademik toplulardan ibarət nəşrlərin hazırlanması dövrü hətta əlverişli şərtlər daxilində belə on illərlə uzana bilər. M.Qorkinin əsərlərinin 1968-ci ildə dərc olunan tam külliyyatı Sovet stabilliyi dövründə bu qəbildən olan ilk nəşr idi (nəşrə hazırlıq daha öncə başlamışdı). Bu layihənin sonu isə hələ görünmür — 25 cildlik variantlarda nəzərdə tutulan bədii əsərlərin 8 cilddə toplanması, ardınca 24 cilddə hazırlanan məktubların 14 cilddə işıq üzü görməsi buna əyani sübutdur. Bu qəbildən üçüncü seriya olan „Tənqid və publisistika” isə hələ də öz çapını gözləyir. Göründüyü kimi, işin gedişat tarixi artıq yarım əsrə bərabərdir. A.Blokun əsərlərinin nəşrinin heç nəyə baxmayaraq, yaxın illərdə tamamlanacağına ümid etməyə dəyməz. Hazırkı əlverişli şəraitdə, müəllif mətnlərinin kiçik, həmçinin qaralama variantları, yetərincə zəngin ənənələrə malik nəsr əsərləri, müəllifin yaradıcılıq irsinə rəy verilməsi və nəhayət müntəzəm və yüksək dərəcəli peşəkarlardan ibarət kollektivin nəşrin üzərində əmək sərf etməsinə baxmayaraq, nisbətən qısa müddət hesab olunan 1995-2002-ci illər ərzində yeganə olaraq Sergey Yeseninin əsərlərinin akademik toplusu tərtib olundu. Sonuncu şərt kimi adət etdiyimiz akademik ölçülərə və digər analoji xüsusiyyətlərə görə Yeseninin akademik toplusunun nəşrinin yekunlaşması heç də az əhəmiyyətli iş deyil. Ən yüksək akademik kriteriyalarla səsləşən nəşrlərin hazırlanması isə təkcə ardıcıl zaman axını deyil, həm də mürəkkəb mətni və rəyləri tədqiq edən yüksək ixtisaslı araşdırmaçılar tələb edir. Bu gün məhz bu yöndə mütəxəssislərin olmaması, klassik rus ədəbiyyatının bu cür nəşrlərə layiqli mütəfəkkirlərinin əsərlərindən ibarət geniş miqyaslı akademik nəşrlərin hazırlanması yolunda əsas əngəldir. Filoloq-mütəxəssislər nəşrə planlı olaraq (hazırkı şəraitdə faktiki olaraq) əmək sərf edə bilmir: universitetlər əsas etibarı ilə hər bir sahəyə maraq göstərir, təkcə mühüm baza hesab olunan filologiya və ona yardımçı fənlərdən başqa. Bu cür professional quruma sərbəst rəhbərlik etmədən akademik nəşrləri ərsəyə gətirmək qeyri-mümkündür. Bu səbəbdən də bu gün biz bir qütbdə asan proqnozlaşan, lakin çətinliklə meydana gələn ideal “akademik nəşr»lə, digərində isə bizə real çoxluqda təqdim olunan, aralarında az hallarda dəqiq və məsuliyyətlə hazırlanmış, lakin bir qayda olaraq yazıçının yaradıcılıq irsini bütövlüklə əks etdirə bilməyən kitablardan ibarət nəşrlərin geniş seçimi ilə (adətən sistemsiz fəaliyyət göstərən, nəşriyyatın «etimadı”nı qazanan şəxslərin iştirakı ilə, məntiqi tələblərlə səsləşməyən və ya əsərləri etibarlı mənbələrdən götürülməyən topluları, əvvəlki nəşrləri aşkarcasına bərbad edən tərtibatçıları olan), o cümlədən çoxsaylı „seçilmiş əsərlər” topluları ilə rastlaşmalı oluruq.
XIX əsr rus yazıçılarının yüksək peşəkarlıq nümayiş etdirən bu tip nəşrlərə daha uğurlu nümunələri heç də az deyil, buna Saltikov-Şedrinin 20-cilddə külliyyatını misal göstərə bilərik. 1960-70-ci illərdə “Bədii ədəbiyyat” nəşriyyatında peşəkar təcrübəsi və təşkilatçılıq səyləri nəticəsində ancaq S.A.Makaşinin toplusu işıq üzü görmüşdür. Öz təbirincə desək bu, Şedrinin bütün yaradıcılığını, o cümlədən anonim nəşrlərini, əldə olunan məktublarını əhatə edən, əsas analitik rəylərlə əhatə olunan, XIX əsrin 2-ci yarısının nəhəng rus ədəbiyyatı tarixçiləri və Şedrinin yaradıcılığının tədqiqatçıları tərəfindən hazırlanan tam topludur. XX əsr rus ədəbiyyatı tarixinə ən ümdə nümunə olaraq Boris Pasternakın 11 cilddə bütöv külliyyatını misal göstərmək olar. Əsasən E.B.Pasternak və E.V.Pasternakın əməyi nəticəsində ərsəyə gələn, „Şairin kitabxanası” nəşriyyatında çap olunan bir neçə cild kitablar, məktublar və əsərlərin tam külliyyatı olan topluda nümunə olaraq əvvəlki 5 cildli əsərlərin toplusundan istifadə olunmuşdur. Təsvir olunan variantlarda qısaldılmış rəylərlə birgə əlavə olunmuş mətnlər bu gün mədəni cəhətdən yüksək səviyyəli oxucuları qane edə, filoloq-peşəkarlar üçün isə etibarlı mənbə rolunu oynaya bilər.
Pasternakın əsərlərinin tam külliyyatının hazırlanması mərhələsini nəşriyyat son illər “Puşkin evi”ndə həyata keçirir. A.M.Remizovun 10 cilddə toplanmış əsərlərinin nəşrinin yekunlaşmasına əsasən bu nəşriyyatı nümunə göstərmək olar, lakin burada nəşrin ancaq üçdə ikisi həyata keçirilmişdir. Öncədən planlaşdırılmış əlavə 5 cildin nəşri üçün – „Rus kitabı” nəşriyyatı 10 cildi nəşr etdikdən sonra müqaviləni uzatmadı — uyğun vəziyyət gözlənilir. Hazırda həm də M.Voloşinin tam külliyyatı hazırlanır (2003-2010-cu illərdə 8 cilddə 10 kitab işıq üzü görüb). Bu nəşr oxucuya şeirin yaradıcı irsini və geniş əhatəli tənqidi məqalələri, çoxsaylı oçerkləri, məqalə və resenziyaları, qəzet və jurnallardan toplanmış arxiv mənbələrinə əsasən Voloşinin ilk dəfə dərc olunan müxtəlif mətnlərini, o cümlədən natamam əsərlərin layihələri, planlar və ilkin qeydləri təqdim edir. Dünya ədəbiyyatı institutunun nəşrləri arasında bu qəbildən olan əsərlərə V.Xlebnikovun 6 cildli (7 kitab) əsərlərinin toplusunu misal göstərmək olar — bu nəşr “müəllifin yaradıcılığının tam toplusu”  kimi qeydə alınmasa da, şairin yaradıcılıq irsinə nəzərən maksimal dərəcədə bütöv sayıla bilər.


V.Q.Karolenko. Öz zamanının böyük yazıçısı olaraq nüfuzu L.N.Tolstoyun ədəbi nüfuzu ilə səsləşirdi. Onun ölümündən dərhal sonra Xarkov və Poltavada hazırlıq işləri görülərək 1929-cu ilə qədər əsərlərinin tam külliyyatı nəşr olundu. Lakin planlaşdırılmış 50 cildin yarıdan da azı işıq üzü gördü — cəmi 19 cild; bundan sonra 1932-36-cı illərdə seçilmiş məktubların nəşri 3 cilddə dərc olundu. Burada yazıçının bədii nəsri təqdim olunmuş, onun fəaliyyətinin əsas istiqamətlərindən biri olan publisistika ilə bərabər 1 cildə sığışdırılan nəhəng epistolyar arxivindən nümunələr də verilmişdir. Əlbəttə ki, Karolenkonun inqilaba qədərki dövrdən oçerkləri, məqalə və məktubları bolşevik rejiminin kəskin tənqidinə məruz qalan nəşrdən kənarda qalmışdır.
 

Valeri Bryusov. Rus simvolizminin tanınmış ustadı. Yazıçı özündən sonra, əsas hissəsi müəllif həyatda ikən nəşr olunmamış, o cümlədən natamam əsərlərdən ibarət nəhəng və çoxşaxəli ədəbi irs qoymuşdur. 1970-ci illərin ortalarında işıq üzü görən 7 cildlik külliyyatı (ilk layihəyə görə 12 cild nəzərdə tutulmuşdu) oxucuya müəllifin yaradıcılığının olduqca cüzi hissəsini təqdim edir. Hətta Bryusovun şeir kitabları da bu nəşrdə (bir çox „erotik” şeirlər nəşrdən kənarlaşdırılmış, eləcə də arzuolunmaz siyasi illüziyalar aşkar edilmişdir) ardıcıl və tam verilməyib (məs. “Nellinin şeirləri” topluda yoxdur), topluya şeirlərinin az hissəsi salınıb, ümumiyyətlə, yazıçının yaradıcılığında istifadə etdiyi janrlar — novellistika, dramaturgiya, publisistika, bədii tərcümələr tam olaraq topludan kənarda qalmışdır. Bu nəşrdə probellərin artıq qoyulması və başqa çatışmazlıqlar Bryusovun uzun illərdən sonrakı növbəti toplusunda bərpa edilmişdir — məsələn „Şeirlər. Manifestlər. Məqalələr. Resenziyalar” (1990) — N.A.Boqomolov və N.B.Kotrelev tərəfindən tərtib olunub və ya S.İ.Qindinin tərtibatında “Valeri Bryusovun tərcüməsində xarici poeziya” (1994) məqaləsini misal göstərə bilərik. Lakin Bryusovun zəngin arxivi əsasında çoxcildli və maksimal dərəcədə mühüm nəşrlərin hazırlanması simvolist mədəniyyətin tədqiq olunaraq araşdırılması istiqamətində ən mühüm və aktual məsələlərdən biridir.


Andrey Belıy. „Respublika” nəşriyyatında V.M.Piskinovun redaktəsində 1994-2000-ci illər aralığında çap olunan toplu əlbəttə ki, “seçilmiş əsərlər”in geniş təqdim olunmasıdır. „Şeirlər və poemalar” cildində Belıyın sadəcə bir şeir kitabı — “Kül” yerləşdirilib; qalanları (istisnalarla) əsasən Belıyın 1966-cı ildə „Şairin kitabxanası” nəşriyyatında dərc olunan əsərlərinin külliyyatının təkrarıdır. O cümlədən, Belıyın da yaradıcılığının bütün istiqamətləri nəşrə yerləşdirilməyib: “Moskva” və „Maskalar” romanları, məqalələr kitabı, “simfoniyalar”, yol oçerkləri, memuarlardan ibarət trilogiya, ədəbiyyat haqqında söhbətlər, hələ qəzet, jurnal və almanaxlarda, sadəcə 1 dəfə çap olunan əsərlərin kənarda qalmasından danışmırıq. 1990-cı illərin əvvəllərində bizim tərəfimizdən Andrey Belıy 20 cilddə „ən kiçik akademik kriteriyalar”a cavab verən (burada məktubların nəşri nəzərdə tutulmamışdı) əsərlərinin toplusunun nəşri planı işlənib hazırlandı; bu toplunun nəşrini “Şimal-Qərb” nəşriyyatı öz üzərinə götürməyə hazırlaşırdı. Lakin, artıq nə həmin nəşriyyat var, nə də əsərlərin toplusu.
 

Analoji olaraq simvolist dövrün başqa nəhəng yazıçılarının nəşrlərində də vəziyyət eynidir -K.D.Balmont, D.S.Merejkovski, Z.N.Gippius, Fyodr Soloqub, Vyaçeslav İvanov, İ.F.Annenski, M.A.Kuzmin və başqalarının. XX əsr rus ədəbiyyatı klassiklərinin qənaətedici elmi-tələblərə cavab verən nəşrlərinin hazırlanması prosesi görülən işin yekunu hesab oluna bilər. Bu qəbildən olan nəşrlərin hazırlanması zamanı təkcə onların həcminin maksimal həddə olmasına deyil — bu mübahisəsiz prinsipdir — bizim nəzərimizdə artıq nəşr olunan əsərlərin zəif cəhətlərindən biri olan bəzi nəşriyyat mexanizmlərinə də əməl olunmalıdır.
Bu baxımdan ən böyük irad daha çox əsərlərinin xronoloji prinsiplərə nəzərən yerləşdirilməli olan postsimvolist dövrünün nəhəng şairlərinin külliyyatının işıq üzü görməsi ilə əlaqədardır — A.Axmatova (»Ellis Lak” nəşriyyatı, 1998-2005), N.Qumilyov («Bazar günü” nəşriyyatında, 1998-ci ildə nəşrinə başlanılmışdır), M.Svetayeva (»Ellis Lak”nəşriyyatı, 1994-1995). Bu müəlliflərin əsərlərinin toplularında onların şeir kitabları ləğv olunmuş, tamamlanmış və qaralama mətnləri isə xronoloji ardıcıllıqla yerləşdirilmişdir. Bu cür vəziyyətlərdə XX əsrin başlanğıcında poetik mədəniyyətin əsası olan şeir kitablarının əsas kateqoriya olmasını nəzərə almaq lazımdır; bu, sərbəst şeirlərin təsadüfi kontaminasiyası (iki ayrı ifadənin birləşdirilməsi — X.N.) deyil, bədii bütövlüklə bərabər, daxili vəziyyəti də qiymətləndirən müəllif tərəfindən formalaşmış birliyidir. Şeir kitablarının əsərlərin tam külliyyatında yenidən nəşri bəzən əlavə çətinlik yaradır, məsələn, Qumilyovun «Romantik çiçəklər”i 3 redaksiyada (1908, 1910, 1918), onun „Mirvari”si (1910-1918) isə 2 redaksiyada hazırlanmışdır.
Akademik nəşrdə müəllifin yaradıcılıq dövrlərini izləmək üçün tərtib olunan xronoloji prinsipə əsasən, əgər xronologiyanı müəllifin tarixi qeydlərinə və ya tədqiqat üsullarına nəzərən ən xırdalıqlarına qədər qorumaq mümkündürsə, bu arzuolunan haldır. Hazırda “Puşkin evi”ndə F.Soloqubun şeir toplusunun külliyyatının hazırlıqları gedir; hazırkı vəziyyətdə eyni şeirlərin müxtəlif kompozisiyalarda dərc olunduğu toplunun ilk nəşrinə əsasən xronoloji prinsipə əməl etmək məqsədəuyğundur. Digər tərəfdən Soloqubun bütün poetik əsərlərinin müəllif tərəfindən qeyd olunan dəqiq tarixi var və onların varlığı hazırkı vəziyyətdə hansı kompozisiya prinsipinə əməl etmək lazım olduğunu aydın şəkildə göstərir. Hazırda Blokun „akademik nəşrlərin” cildlərində qorunan şeirlərinin təkrar dərc olunacaq tam külliyyatında yenə də xronoloji prinsipə əməl olunacaq — Blok da şeirlərinin əksərinə tarix qeyd edirmiş. Bir başqa məsələ öz əksər şeirlərinin tarixini qeyri-dəqiq qeyd edən və ya xronoloji məlumatlar haqda xəbərdar edilməyən -Qumilyov, Axmatova və Svetayevanın əsərlərini vəziyyətidir. Tədqiqatçıların onların şeirlərini ümumi xronoloji sıraya qoymaq istəyi açıq-aydın yanlışdır – hətta tarix qeyd olunduğu halda belə həmin tarix şübhə yaradır. Məsələn, Svetayevanın əsərlərinin toplusunun 1-ci cildində (1919-cu il, oktyabr), 11 şeir yerləşdirilmişdir; maraqlıdır, görəsən, hansı dəlillərə əsasən onlar verilən ardıcıllıqla yerləşdirilib — cavabsız suallardan biri. “1919-cu il, noyabr» tarixi qeyd olunmuş 2 şeir arasında yerləşən şeirdə redaktə zamanı tarixin hansı ay olduğu yazılmadan sadəcə 1919 yazılıb; Nəyə görə həmin şeir xronoloji ardıcıllıqla məhz bu yerdə qərarlaşıb — daha bir cavabsız sual.
Daha bir ümumi xarakterli sual isə müəllifin son istəyinin nəzərə alınmaq prinsipindən ibarətdir. Sovet hakimiyyətinin «sosialist realizmi” dövründə çap olunan ən qeyri-adi mətnlərdə belə, vəziyyətə əsasən inqilaba qədərki və ya sovet hakimiyyətinin ilk 10-15 ili korrektə oluna bilər. Əgər yazıçıda yaradıcı simasını təsəvvüründə canlandırmaq istəyi müəyyənləşibsə və yazıçı özünü suveren yaradıcı şəxsiyyət kimi dərk edərsə, o zaman yeni nəşrlərin hazırlanmasına hazır deyildir. Ona görə ki, yeni nəşrə hazırlıq zamanı mətni üstün tutmaq daha vacibdir. Bu problem öz həllini S.N.Sergeyev-Senski, M.M.Prişvin, İ.A.Novikov kimi yazıçıların ən təzə akademik nəşrlərinin formalaşmasında tapa bilər, o cümlədən, 1920-ci illər ədəbiyyatına aid olan V.İvanov, İ.Selvinski, M.Kozakov, N.Nikitin və s. kimi yazıçılar üçün isə bu hal qaçılmazdır.

 

»Gümüş dövr” ədəbiyyatının oxucu kütlələri arasındakı nüfuzunu hansı dəyişikliklərin gözlədiyini və ya dəyişikliyin artıq baş verdiyini təxmin etməyə çalışmadan, belə bir fakt ortaya qoyaq ki, bu yazıçılar başqa dövrlərə və rus ədəbiyyatının başqa cərəyanlarına marağın olmaması, total şəkildə unudulması, müstəsna hallarda isə klassiklərin ictimai şüurdan «təmizlənməsi” fonunda „ləkələnməsi” (məsələn, Qleb Uspenski kimi) səbəbindən xüsusi olaraq hiss olunan dərəcədə bu gün də nəşr olunur (və görünür ki, həm də oxunur) öyrənilir, dərsliklərə salınır.

Hər hansı dəbin özünü tükədərək keçmişdə qadağan olunması və bununla labüd və qanunauyğun şəkildə təzahür etməsi mədəniyyətin inkişafı üçün də səmərəlidir. “Gümüş dövr” dəbi ilə həm də səthi, ötəri, təsadüfi — »müasir vulqarlığın panteonu (hansısa bir dinə və ya mifologiyaya mənsub olan tanrılar qrupu – X.N.)” əhatəsində qalan hər şey «dəbdən düşür». Təəssüf ki, bu «Panteon”dakı „sığınacaq”da qorunmaq şərəfinə son 15 ildə çap olunan, “gümüş dövr»ə və simvolist məktəbin yazıçılarının əsərlərinə qarşı kütləvi sevgini göstərməyi bacaran çoxsaylı kitablar layiqdir.
Hazırda simvolist cərəyanın hər bir nəhəng təmsilçisinin onlarla (bəzən daha çox) yeni nəşrlərinin çapı nəzərdə tutulur. Əlbəttə ki, bütün çap məhsullarına cavabdeh olan kitab palatasının dəlilləri bizi əsas etibarı ilə təqdim edəcəyi cılız göstəricilərlə (hətta bu cür göstəricilərin çoxluğu ilə) heyrətləndirə bilərdi. Kəmiyyət xüsusiyyətləri yüksək səviyyəli keyfiyyət tələbi ilə birmənalı olaraq uyğunlaşmır. Mandelştamın formulası ilə razılaşsaq bu cür nəşrlərdə əks olunmuş professional təsnifat dərəcələri daha çox aşkar surətdə nümayiş etdirilən mənasız tərkibli toplulardır. Məsələn, Bryusovun nəsr kitabı, o cümlədən «Qələbə mehrabı” romanı və Roma tarixi haqqındakı bilgilərin məhdudlaşdırılmasından bəhs edən və romanla heç bir ortaq cəhəti olmayan „Reya Silviya” novellası nəşr olundu – yazıçının “Qələbə mehrabı”nın davamı olan „Səcdə olunan Yupiter” romanı isə kitab naşirlərinin diqqətindən kənarda qaldı. Bu cür analoji misalların sayını nə qədər desən artırmaq olar.
Beləliklə, biz oxucuda müəyyən anlayış yaradan, əksər hallarda az və ya çox bacarıqla hazırlanan, yazıçının yaradıcılığını bütünlüklə əhatə etməyən, ayrı-ayrı əsərlərə və ya müəllifin üzərində çalışdığı janrlardan birini əhatə edən kitablara sahib oluruq. Əgər baxış bucağımızı rus simvolizminin klassikləri ilə məhdudlaşdırsaq, müasir nəşrlərdən heç birinin yazıçının yaradıcı irsinin tam həcmini təqdim etmədiyini təsdiq etməliyik. Postsimvolist dövrün məşhur klassiklərindən fərqli olaraq simvolistlərin bu cür münasibətdə belə bəxti gətirməyib. Pasternak, Svetayeva, Mandelştamın əsərlərinin tam külliyyatına az-çox əsaslı iddialar irəli sürmək olar, lakin bu nəşrlər heç nəyə baxmayaraq titul vərəqində öz təyinatını təsdiq edərək mətni kifayət qədər dolğunluğu ilə təsvir edir. Simvolist yazıçıların yaradıcılıq irsini özündə cəmləşdirən nəşrlərə qarşı münasibət o qədər müsbət qiymətləndirilir ki, ancaq bu cərəyanın daha bir neçə əsas fiqurlarının timsalında buna əmin olmaq olar.


ALEKSANDR BLOK. Sovet dövründə anlaşılmaz şair obrazı yaradan A.Blok həm hakimiyyət dairələrində, həm simvolistlər arasında – “bütün münasibətlərdə arzu olunan”yeganə şəxs olduğu üçün onun əsərlərinin toplusunun bütövlüyünü iddia etməyən (ilk dəfə 1930-cu illərdə, ikinci 1960-cı illərin ikinci yarısında) təcrübələrə əsasən hazırlanmış nəşrləri də olduqca müvəffəqiyyətlə alınmışdır. Beləliklə, nəhayət ki, Aleksandr Blokun əsər və məktublarının 20 cildlik (lakin cəmi 5 cild işıq üzü gördü), akademik janrın bütün normativ tələblərinə cavab verən, geniş əhatəli obrazla zəngin, qaralama və ağlama variantlı, müəllif redaktəsi ilə təqdim olunan, əsərlərə tarixi-ədəbi və real şərhlər yazılan akademik nəşri hazırlanmağa başladı. Bu nəşrdə ikinci cild 220 səhifə, üçüncü 200 səhifə olduğu halda „Digər redaktə və variantlar” bölməsi və rəylər 670-780 səhifədir. Əlbəttə ki, hər şeydən mühümü, ideallaşmış Dostoyevski, Turgenev, Nekrasov, Qleb Uspenski, Çexov kimi dövrünün nəhəng klassiklərin əsərlərinin tamamlanmış külliyyatı kimi yeni akademik nəşrlər hazırlamaqdır. Yazıçı-simvolistlərin bu cür nəşrlərinin tezliklə dərc olunmasına bəslənən ümidlər az qala utopik nəzəriyyədir, çünki, onların hazırlanması təcrübəsindən məlumdur ki, bu cür əsərlərin tam külliyyatı hətta ən münasib dərəcəli şərtlər altında belə on illər ərzində formalaşır və dərc olunur. Maksim Qorkinin tam külliyyatı 1968-ci ildə nəşr olunsa da (hazırlıq daha əvvəl başlamışdır) bu təşəbbüsün sonluğu hələ də görünmür. 25 cilddə hazırlanan bədii əsərlərin artıq ikinci hissəsi — 24 cilddə (7-si artıq işıq üzü görüb) çapa hazırdır, üçüncü hissənin nəşrinə (Tənqid və publisistika) isə hələ ki, başlanmayıb. Blokun əsərlərindən ibarət akademik nəşrin yekununu isə yaxın illərdə gözləməyə lüzum yoxdu.
 

“Akademizm”ə uyğunlaşma əlbəttə ki, rəğbətə və hər cür tərifə layiqdir. Lakin diqqətdən kənarda qoymaq olmaz ki, bu cür nəşrlərə hazırlıq zaman tələb edir. İşə çoxlu sayda yüksək hazırlıqlı tədqiqatçıların cəlb olunması, nəhəng maliyyə yatırımı isə toplunun tezliklə gəlir gətirəcəyinə zəmanət vermir. Buna görə də yaxın gələcəkdə bu cür çox sayda müəllifin yaradıcılığının təqdim olunacağına ümid etməyə dəyməz. Bununla da qütblərdən birində -proqnozlaşdırılan lakin həyata keçməyən (hər halda „hazırkı zaman çərçivəsi”ndə) ideal, digərində isə bizim bu gün real bolluğa sahib olduğumuz — “gümüş dövr”ə aid, nadir hallarda rast gəlinən, diqqətlə və məsuliyyətlə hazırlanmış, lakin müəllifin yaradıcı irsinin zəruri bütövlüyünü əks etdirməyən, adətən, sistemsiz tərtib olunan, nəşriyyatın etimad etdiyi şəxslərin məntiqi cəhətdən obyektiv seçim kriteriyalarına ziddiyyətlərlə zəngin „seçilmiş əsərlər”in çoxsaylı toplularından ibarət müxtəlif çeşidli kitablar dayanır. Bu cür vəziyyətdə N.Çernişevskinin (Nikolay Qavriloviç Çernışevski – 1828-1889, Rus yazıçısı, inqilabçı və mütəfəkkir, 1862-63-cü illərdə-həbsdə olarkən “Nə etməli?” Romanını yazmışdır – X.N.) „nə etməli?” kimi qlobal sualına ən konstruktiv cavab istər-istəməz təxirə salınır, əvəzində, nə vaxtsa, hansısa xəyalpərəst praqmatik tərəfindən yaranan “nədən başlayaq?” sualına cavab verməyə cəhd etməli oluruq.
Bu gün yazıçının yaradıcılığını daha dolğun göstərən əsərlərin tam külliyyatının təsis olunması müəlliflərin mətn versiyalarının ətraflı, akademik dolğunluğu və eyni dərəcədə ətraflı, geniş aspektli olması ona yazılan rəylərdən daha optimal görünür. XIX əsr rus yazıçılarının yüksək peşəkarlıqlı nümunələri içərisində daha uğurlusu qismində zənnimcə, Saltıkov-Şedrinin 1960-70-ci illərdə „Bədii ədəbiyyat” nəşriyyatında işıq üzü görmüş 20 cilddə seçilmiş əsərlərini misal göstərə bilərik. A.Blokun müəyyən fəaliyyətləri istisna olmaqla simvolist çevrənin yazıçılarından heç biri (Senzura xarakterli istisnalar və kiçik tirajla dərc olunmuş) məlum düzəlişlə təqdim olunmayıb.

 

Konstantin Dmitriyeviç Balmont rus simvolizminin korifeyləri sırasında hər kəsdən daha çox diqqətə layiqdir. Onun şeir irsindən ibarət çox sayda nəşrlər tərtib olunmuşdur. Lakin tərtibatçıların demək olar ki, hamısı 1969-cu ildə “Şairin kitabxanası” nəşriyyatında Balmontun şeir kitablarını nəşr edən V.Orlovu təqlid edir. D.Q.Makoqonenko (»Kitab” nəşriyyatı,1 989) tərəfindən peşəkar rəyinin iştirakı olmadan (təsadüfi buraxılış və xətaları ilə — 1909-cu ilə qədər nəşr olunan Balmontun şeir kitabları daxil olmaqla) tərtib edilmiş şairin üç hissəli kitablarından («Günəş kimi olaq”, „Yanan binalar”, “Ancaq sevgi”) ibarət cildlər istisnadır. Balmontun ədəbi irsinin əsas hissəsini təşkil edən nəşri (hələ inqilaba qədər onun 5 geniş həcmli cilddə tənqidi məqalələri, yol qeydləri, esseləri nəşr olunmuşdu), hətta yeni „seçilmiş” əsərlər toplusu və müasir oxucu üçün əlçatmaz olan (“Hava yolu” və „Evim hardadır”) mühacirət dövründəki V.Kreyd tərəfindən çap olunan 2 kitab nadir məqalələrindən kənarda qalır. Görünən odur ki, oxucu hələ uzun müddət Balmontla olan təsadüfi tanışlığı qorumalı olacaq.



DMİTRİ MEREJKOVSKİ VƏ ZİNAİDA GİPPİUS. Görünür ki, bu evli cütlüyün əsərlərinin tam elmi nəşri, tədqiqatçılar üçün onların arxivinin əsas hissəsi əlçatan olduqda mümkün olacaq — bu arxivin bazası (mətnşünaslıq baxımından qüsursuz olmayan) artıq İllinoys universitetində və professor Temir Paxmusun bilavasitə əlində cəmlənmişdir.
“Şairin yeni kitabxanası» nəşriyyatında Merejkovskinin K.A.Kumpan tərəfindən mükəmməl şəkildə şeir və poemalar cildi hazırlanmışdır. Yazıçının digər əsərlərinin də bu cür məsuliyyətlə çap olunacağı gözlənilir. Yenidən hazırlanmış nəşrlərin çapı bitməyib, hətta inqilaba qədər dərc edilmiş 15 və 24 cildlik əsərlər toplusu da nəşrə daxil edilib. Merejkovski mühacirət illərində də, demək olar eyni sayda əsər yaradıb. Bunların çox hissəsi ayrı-ayrı nəşrlərlə Rusiyada dərc olunub. Əsərlərin toplusunda müasir üsullardan istifadə edilməyib. Bu münasibətlə bu gün Gippiusun bəxti daha çox gətirib. Lakin necə? «Rusiya yolu» nəşriyyatında külliyyatın tam olduğu elan olunaraq ilk cild nəşr olundu. Birinci cildin tərtibçi və müəllifi T.F.Prokopov olmuşdur. Görünür ki, bu unikal şəxs XX əsr rus yazıçılarının yaradıcılığı üzrə əvəzolunmaz mütəxəssisdir.
Prokopovun altı səhifəlik qeydlərindən — oxucu artıq 1-ci cilddə Gippiusun əsərlərinin ilk dəfə harada dərc olunduğunu bilir (doğrudur, əgər dəlilləri yoxlamalı olsaq görərik ki, «Alma ağacı çiçək açır» hekayəsi «Bizim dövr» jurnalında qeydlərdə göstərildiyi kimi 1883-cü ilin 6-cı nömrəsində deyil, 16, 17, 18-ci saylarında çap olunmuşdur), həmçinin gələcək cildlərdə A.L.Volınskinin «Rusiya xəbərləri»jurnalının redaktoru olduğunu ("Şimal xəbərləri" ilə «Rusiya xəbərləri» fərq o qədər də böyük deyil), Vasilyevski adasının Peterburqun bir çox tarixi-mədəni mərkəzlərinin yerləşdiyi Neva deltasında ən böyük ada olmasını, Rəssamlıq akademiyası, universitet, Kunst kamera, Birja, Rostral kolonnalar, "İlaida"-nın Homerin poeması olması, Bayronun ingilis şairi və romantik cərəyanının üzvü olması kimi faydalı məlumatlarla məlumatlandıracaq.
Neynək, bəlkə də kimsə, həqiqətən də, T.Prokopovun araşdırmaları sayəsində bütün bunlar haqqında məlumatlanacaqdır… Onun köməyi ilə yaranan nəşrləri biz yəqin ki, daha sonralar — Gippiusun təkcə inqilabaqədərki romanlarının nəşrləri və hekayə toplularının cildlərini əldə edəcəyimiz zaman yox, həm də bizə təklif olunan hekayə, oçerklər, məqalələr, almanaxlarda, qəzet və jurnallarda dağınıq halda olan və təsadüfi istisnalarla heç zaman dərc olunmayan əsərlərinin külliyyatı nəşr olunacağı təqdirdə (əsas etibarı ilə A.Barda tərəfindən tərtib olunmuş Gippiusun nəşrlərinin Paris biblioqrafiyasında nəzərə alınmayan) qiymətləndirə bilərik. Necə deyərlər, yaşayarıq, görərik.



FYODUR SOLOQUB. Onun həyatda ikən nəşr olunan kitablarının toplusunun yenidən nəşri Prokopovun daha bir təşəbbüsü idi. Əlçatmaz olan ilkin mənbələr əsasında əsərlərin toplusunun filoloji və professional cəhətdən hazırlığı isə oxucunu qane etmir.
 

VYAÇESLAV İVANOV. 1971-1987-ci illər ərzində Brüsselin «Tanrı ilə yaşamaq” nəşriyyatında 4 geniş həcmli cilddə işıq üzü görən əsərlərin tam külliyyatı bu gün də natamam olaraq qalıb. Nəşr ancaq mütəxəssislərin dar çevrəsi arasında yayıldı, rus oxucusu „seçilmiş əsərlər” başlıqlı müxtəlif variantlı tərkiblə və müxtəlif dərəcəli hazırlıqlı az saylı toplularla kifayətlənməyə məcburdur.

 

Bu qısa və səthi icmalda kitab nəşrinin fəaliyyəti ilə bağlı işlər göz önünə gətirilir. Simvolist dövrün klassiklərinin nəşrlərinin problemləri əvvəlki kimi sonsuz saydadır. Əgər biz kitab nəşri mövzusundan yazıçının arxiv fondlarında qorunan materiallarının əlyazma irsinə müraciət etsək, bu yol daha sonsuz görünəcəkdir. Əksər vicdanla və məsuliyyətlə, savadla hazırlanan nəşrlər mifləri və “gümüş dövr” haqqındakı düşüncələri dağıtmağa, XIX-XX əsr və XX əsrin ilk onilliyində rus ədəbiyyatı tarixi haqda biliklərin genişləndirilməsinə səbəb olacaqdır. Az da olsa görülən işlərin fonunda məlum olur ki, hələ görüləsi çox iş var. Və bu da təbiidir. Axı hələ Y.Tınyanov nə vaxtsa qətiyyətlə qeyd edirdi ki, elmi və mədəni biliklərə gedən yol, cəhalətdən idraka doğru deyil, idrakdan cəhalətə doğru ünvanlanıb.

 

Tərcümə edən: Xatirə Nurgül

Mənbə: artkaspi.az

Xəbər lenti