Logo

Universitetlərdə tələbələrin davamiyyəti ncədir? - Sorğu

24.02.2022 18:55 866 baxış
IMG

16 fevraldan etibarən Azərbaycanın ali məktəblərində 2021-2022-ci tədris ilinin ikinci semestr dərsləri başlayıb.

Tehsil.biz universitetlərdə dərslərin hansı qaydada təşkil edilməsi və tələbələrin davamiyytini öyrənmək məqsədilə sorğu keçirib.

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova "Tehsil.biz"ə açıqlamasında bildirib ki, yaz semestrində AzTU-da tədris hibrid formada təşkil olunub: "Tələbələrin dərslərdə iştirakı normaldır. İstər ənənəvi, istər onlayn dərslərdə tələbələrimiz cədvələ uyğun iştirak edir. Universitetdə pandemiya əlehinə bütün tədbirlər görülüb. Tələbələr arasında koronavirusa yoluxma müşahidə olunmur".

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynovun sözlərinə görə, tələbələrin dərsdə iştirakında heç bir dəyişiklik yoxdur: "Tələbələrimiz və əməkdaşlarımız 3 doza vaksin olunub və son günlərdə yoluxma sayında da azalmalar bu səbəbindən hər hansı geriləmə qeydə alınmayıb".

Mingəçevir Dövlət Universitetindən (MDU) "Tehsil.biz"ə verilən məlumata görə, ali məktəbdə 2021/2022-ci tədris ilinin yaz semestrində dərslər hibrid formada təşkil olunub: "Fakültələr üzrə həftənin müəyyən günləri dərslər onlayn, digər günləri isə əyani qaydada təşkil olunub. Bu da öz növbəsində eyni zamanda tələbələlərin universitetdə az olmasına şərait yaradır. İstər onlayn, istər əyani formada olan dərslərdə tələbələrin iştirakı tam şəkildə təmin edilir. Hər hansı bir narahatlığı olan tələbə olarsa, onunla bağlı tədbir görülür. Bundan əlavə, professor-müəllim və inzibati-texniki heyət üzvləri və tələbələrin COVİD19 pandemiyasına qarşı mübarizədə müvafiq doza vaksinin vurulması, pandemiya qaydalarına riayət edilməklə bağlı təbliğat işləri aparılır".

Azərbaycan İlahiyyat İnstitutundan (Aİİ) "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, institututda dərslər hazırda ənənəvi formada davam edir: "Təhsilalanların dərslərə davamiyyət səviyyəsinə gəlincə, koronavirusa yoluxma halı baş vermədiyi təqdirdə hər bir tələbə dərslərdə iştirak edir. Hazırda institutda cəmi bir tələbədə belə hal aşkar olunub. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli qərarı ilə “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nda edilən dəyişikliyə əsasən, COVID-19-a qarşı peyvəndin 2-ci dozasının üzərindən 6 ay keçmiş əməkdaşlarımız və yaşı 18-dən yuxarı olan tələbələrimiz 3-cü doza peyvənd sertifikatını və ya immunitetə malikolmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı əks-göstəriş sertifikatını İnstituta təqdim ediblər. Bundan əlavə, İnstitutda mütəmadi olaraq dezinfeksiya işləri aparılır".

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova "Tehsil.biz"ə açıqlamasında qeyd edib ki, ATU-da hal-hazırda tələbələr arasında yoluxma sayı narahatlıq yaradacaq dərəcədə deyil: "Ümumiyyətlə belə tənzimlənib ki, əgər hər bir qrupun bir tələbəsində COVİD19 aşkarlanarsa, o, dərslərə onlayn şəkildə olaraq qoşulur. Bunun űçűn dərslərdə bűtűn şərait yaradılıb. Koronavirus aşkarlanmayan tələbələr isə dərslərə əyani formada davam edirlər".

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasından sorğumuza cavab olaraq bildirilib ki, son zamanlar koronavirusa yoluxma halları artdğına görə akademiyada 2021-2022-ci tədris ilinin ikinci semestr dərslərinin əyani formada deyil, hibrid formada təşkil olunması məqsədəuyğun hesab edilib: "Mühazirələrimiz “Microsoft Teams” platforması üzərindən, seminar dərslərimiz isə əyani formada təşkil olunur. Təbii ki, pandemiya şəraitində ali təhsil müəssisələrinin hədəfi tədris prosesində davamlılığın təmin edilməsidir. İlk dövrlərdə onlayn kommunikasiya sahəsində təcrübənin az olması, İT avadanlıqlarından istifadə bacarıqlarının eyni olmaması, internetə çıxış imkanlarındakı fərqli durum və digər obyektiv amillər şübhəsiz ki, tələbələrin dərslərdə iştirakına mənfi təsir edirdi. Hal-hazırda tələbələrin dərslərdə iştirakını qənaətbəxş hesab edə bilərik".

Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva "Tehsil.biz"ə açıqlamasında bildirib ki, tələbələrin dərsdə iştirak səviyyəsi normaldır: "BDU-da Elmi Şuranın qərarı ilə yaz semestri hibrid formada (2 gün onlayn, 3 gün ənənəvi) təşkil olunub. Bütün tələbələrə Nazirlər Kabinetinin qərarı ilə bağlı məlumat və tövsiyələr verilib. Tələbələrin dərslərdə iştirak səviyyəsi normaldır. Hələ tələbələrin 3-cü dozasının vaxtına qalıb".

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi Şəhanə Müşfiq ali təhsil müəssisəsində tədris prosesinin hibrid modeli üzrə həyata keçirildiyini bildirib: "Elmi Şuranın qərarına əsasən, nəzəri ixtisaslar üzrə tədris olunan fənlərin tədrisi çoxluq etibarilə onlayn şəkildə, seminarlar isə əyani şəkildə tədris olunur. Universitet üzrə xüsusi qabiliyyət tələb edən ixtisasların tədrisinin keçirilmə qaydası əyani şəkildədir.
Hal-hazırda universitetdə II təhsil ilində təhsil alan magistrantların elmi-tədqiqat təcrübəsi əyani şəkildə həyata keçirilir. Ümumilikdə isə tələbələrin dərsə davamiyyəti tamdır".

Odlar Yurdu Universitetindən saytımıza bildirilib ki, yeni tədris semestrində dərslərdə iştirak aktivdir: "Dərslər hibrid formada, yəni həm onlayn, həm də auditoriyalarda baş tutur. Seminarlar universitetdə, mühazirələr isə "Teams" proqramı üzərindən həyata keçirilir. Tələbələrimiz arasında yoluxma sayı son dövrdə çox az saydadır".

Lənkəran Dövlət Universitetinin (LDU) mətbuat xidmətindən verilən məlumata görə, LDU-da dərslər əyani formada keçirilir: "Tələbələrin dərsə davamiyyətində heç bir problem yaşanmır. Tələbələr əvvəlki qaydada, 1-ci semestrdəki kimi dərslərə davam edirlər".

Xəbər lenti