"ASAP Forum 2022"nin açılış mərasimi baş tutub.
Tehsil.biz xəbər verir ki, gənclər Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etdikdən sonra Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət ediblər.
“Gülüstan” sarayında ASAP Forum 2022 çərçivəsində keçirilən açılış mərasimində 23 ölkənin 90-dan çox universitetində təhsil alan və məzun olmuş 300 gənc bir araya gəlib. Forumun əsas məqsədi tələbə və məzunların şəbəkələşməsi və müxtəlif ölkələrdə azərbaycanlı tələbə və məzun icmalarının qurulması üçün bünövrə yaratmaqdır.
İştirakçılar qarşıdakı bir neçə gün ərzində xaricdə təhsil aldıqları müddətdə qarşılaşdıqları problemlər ətraflı müzakirələr apararaq, həll yollarını əks etdirən və gələcəkdə ASAP-ın digər ölkələrindəki nümayəndəlikləri tərəfindən həyata keçiriləcək layihə təklifləri təqdim edəcəklər.